Azərbaycanda ipoteka kreditləşməsi 3 dəfədən çox artmışdır

 

 

Mərkəzi Bank yanında fəaliyyət göstərən Azərbaycan İpoteka Fondunun (AİF) xətti ilə 2013-cü ilin fevral ayında 7,42 milyon manat məbləğində kredit verilmişdir. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi AİF-in saytında dərc edilən statistik hesabatda deyilir.

2013-cü ilin fevral ayında ipoteka kreditinin həcmi yanvar ayında verilmiş kreditdən 3,36 dəfə çoxdur.

AİF-in xətti ilə maliyyələşdirməyə başlanandan - 2006-cı ildən 2012-ci ilə qədər 427,61 milyon manat dəyərində ipoteka krediti ayrılıb.

2013-cü ilin yanvar-fevral ayları ərzində bankların əvvəllər ayırdığı kreditlərin yenidən maliyyələşməsinin ümumi həcmi 7,86 milyon manat təşkil etmişdir.

Ayrılan kreditlərin ümumi həcmindən gənclərə və gənc ailələrin payına 72 faiz düşür (borcalanların 41 faizi 18-29 yaşında, 31 faizi 30-35 yaşındadır). Kreditlərin 28 faizi isə yaşı 36-dan yuxarı olan borcalanların payına düşür.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında