Takaşi Sasakava: Azərbaycan yaxın gələcəkdə regional kosmik sənaye mərkəzinə çevriləcək

 

 

Azərbaycanda səfərdə olan Yaponiyanın İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyi, Mitsubishi elektrik korporasiyası, Mitsubishi Ağır Sənaye MMC, Nippon elektrik korporasiyası, IHI Corporation, IHI AEROSPACE Co, PASCO, JAMSS, Mitsubishi, Sumitomo, Itochu korporasiyaları, Yaponiya Kosmos Forumu, Aerokosmik Tədqiqat Agentliyi, Kosmos Sistemləri, Uzaqdan İdarəetmə Mərkəzi və Aerokosmik şirkətlər cəmiyyətinin daxil olduğu Yaponiya nümayəndə heyəti Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində olmuşdur.

 Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov ölkədə İKT sektorunda həyata keçirilən işlərlə bağlı məlumat verərək bildirmişdir ki, Azerspace-1 telekommunikasiya  peykinin orbitə buraxılması ilə bu sahədə yeni bir mərhələnin başlanğıcı qoyulmuşdur. Növbəti telekommunikasiya  peykinin orbitə çıxarılması üçün hazırlıq işlərinin aparıldığını qeyd edən nazir Azərbaycan — Yaponiya Kosmik Sektor Seminarının ölkələr arasında bu sahədə əlaqələrin inkişafına töhfə verəcəyini vurğulamışdır. Hər iki ölkəni təmsil edən şirkətlərin bu seminar çərçivəsində daha geniş əlaqələr qura biləcəyini diqqətə çatdıran Əli Abbasov İKT sektorunun bir çox seqmentləri üzrə Yaponiyanın Azərbaycan üçün yaxşı tərəfdaş ola biləcəyini qeyd etmişdir.

 Yaponiya nümayəndə heyətinə rəhbərlik edən Mitsubishi Electric korporasiyasının böyük vitse-prezidenti Takaşi Sasakava Bakıda Azərbaycan — Yaponiya Kosmik Sektor Seminarının keçirilməsinə göstərilən dəstəyə görə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə minnətdarlığını bildirmişdir. O, qeyd etmişdir ki, bu tədbirlərin ölkəmizdə keçirilməsinin əsas məqsədi Azərbaycan — Yaponiya iqtisadi əlaqələrinin inkişafının təmin edilməsi və ikitərəfli əməkdaşlığa töhfə verilməsidir. Azərbaycanda İKT sektorunun inkişafından məmnunluğunu ifadə edən qonaq, qarşılıqlı əməkdaşlıq üçün münbit şəraitin olduğunu diqqətə çatdırmışdır. Takaşi Sasakava demişdir: “İnformasiya texnologiyalarının inkişafı üzrə dünyanın aparıcı ölkələrindən hesab olunan Yaponiya Azərbaycanla təcrübələrini bölüşməyə hazırdır”.

Ölkəmizin ilk telekommunikasiya peykinin orbitə buraxılmasını yüksək qiymətləndirən qonaq bu istiqamətdə Azərbaycanın böyük potensiala malik olduğunu, yaxın gələcəkdə  ölkəmizin regional kosmik sənaye mərkəzinə çevriləcəyini xüsusi vurğulamışdır. Nümayəndə heyətinin tərkibində sahə üzrə ixtisaslaşan özəl şirkətlərin olduğunu qeyd edən T.Sasakava Azərbaycan şirkətləri ilə qarşılıqlı əməkdaşlıq əlaqələrinin qurulmasında maraqlı olduqlarını bildirmişdir.

 Sonra Yaponiyanın İKT sektoru üzrə tanınmış şirkətləri barədə geniş təqdimat olmuşdur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında