Azərbaycan və Misir neft-qaz sahəsində əməkdaşlığı genişləndirmək niyyətindədirlər

Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyində ölkəmizdə səfərdə olan Misir Ərəb Respublikasının neft naziri Samih Fehminin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olmuşdur.
Ölkələrimiz arasında əlaqələrin qədim tarixini diqqətə çatdıran sənaye və energetika naziri Natiq Əliyev demişdir ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bu münasibətlər daha yüksək səviyyəyə qalxmışdır. Bildirmişdir ki, hazırda iqtisadi əlaqələrin daha da genişləndirilməsində Azərbaycan-Misir hökumətlərarası iqtisadi, texniki və elmi əməkdaşlıq üzrə müştərək komissiya fəal rol oynayır. Azərbaycan Prezidenti İlham Əliyevin 2007-ci ilin may ayında Misirə rəsmi səfəri zamanı müxtəlif sahələri əhatə edən 12 sənədin imzalanması hazırda bizim əməkdaşlığımızın əsasını təşkil edir. Dövlət və hökumət nümayəndələrinin qarşılıqlı səfərləri iki dost, qardaş ölkə arasında hərtərəfli əlaqələrin daha da möhkəmlənməsinə şərait yaradır.
Neft-qaz sahəsində əməkdaşlığa toxunan N.Əliyev demişdir ki, Misirdə bu sektor üzrə geniş infrastruktur vardır və əlaqələri genişləndirməyə böyük potensial mövcuddur. Xüsusən kəşfiyyat-qazma işlərinin aparılması, bir-birinin təcrübəsindən, infrastrukturdan istifadə və s. sahələrdə əməkdaşlıqda qarşılıqlı maraqların olduğunu vurğulayan nazir, artıq Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Misir şirkətləri ilə əlaqələr yaratdığını da bildirmişdir. Azərbaycan təbii və maye qazının nəqli sahəsində də əməkdaşlıq üçün böyük perspektivlərin olması, iki ölkənin qaz kəmərlərinin birləşdirilməsinin mümkünlüyü nəzərə çarpdırılmışdır.
Misirin neft naziri Samih Fehmi Prezident İlham Əliyev tərəfindən qəbul edildiyindən məmnunluğunu bildirmiş, dünyanı bürümüş maliyyə və iqtisadi böhrana baxmayaraq, son 5-6 ildə Azərbaycanda neft-qaz sənayesinin inkişaf sürətinə heyrətləndiyini vurğulamışdır. Diqqətə çatdırmışdır ki, neft-qaz sahəsində bir-birimizin biliyindən, təcrübəsindən, imkanlarından istifadə Azərbaycan və Misirin mənafeyinə xidmət edəcəkdir. Misir neft-qaz ixracı üçün böyük bir bazardır. Ölkədə bu sahə üzrə bütün infrastruktur vardır. Bizim boru kəmərlərimizdən Azərbaycan da istifadə edə bilər. Misirdə 50 dövlətin neft-qaz şirkətləri çalışır və biz Azərbaycan şirkətini də ölkəmizə dəvət edirik. Misir Azərbaycanın neft sahəsində bilik və təcrübəsindən istifadə etməyə hazırdır.
Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılmışdır.{nl}

 

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında