Azərbaycan Dövlət Neft Şirkəti Türkiyənin ən böyük konteyner terminalının inşasına başlamışdır

 

 

Türkiyədə Azərbaycan Dövlət Neft Şirkətinə (ARDNŞ) məxsus olan “Petkim” şirkəti ilə Niderlandın “APM Terminals” şirkəti arasında regionun ən böyük konteyner limanı - “Petkim” Konteyner Limanının tikintisi barədə müqavilə imzalanmışdır.

“SOCAR Turkey Enerji A.Ş.” (STEAŞ) şirkətindən “APA -Economics”ə verilən məlumata görə, Türkiyənin Əliağa bölgəsində, “Petkim” şirkətinin layihələri üçün ayrılmış ərazidə tikiləcək liman ilkin dövrdə ildə 1,5 milyon, tam gücü ilə işləyəndə isə ildə 4 milyon konteyner qəbul edə biləcək.

Müqaviləni “Petkim” tərəfindən “SOCAR-Turkey”in rəhbəri və “Petkim”in İdarə Heyətinin sədri Kənan Yavuz və “SOCAR-Turkey”in vitse-prezidenti Samir Kərimli, “APM Terminals” tərəfindən isə şirkətin satış direktoru Teo Dersiqni imzalamışdır.

ARDNŞ-in və “Petkim”in Türkiyədə reallaşdırdığı ən böyük logistika layihəsi sayılan konteyner limanının tikintisi 300 milyon ABŞ dollarına başa gələcək və onun ilk mərhələsinin 2015-ci ildə, ikinci mərhələsinin isə 2016-cı ildə başa çatacağı gözlənilir.

Terminal 28 il müddətində “APM Terminals” tərəfindən idarə olunacaq. Limanda 700 metr uzunluğunda yanalma körpüsünün olması nəticəsində liman Mərmərə, Egey və Ağdəniz bölgələrində tutumu 11 min konteyner olan gəmiləri qəbul edə bilən, eləcə də gəmilərin rahatlıqla yanaşa biləcəyi və Türkiyədə dəmiryolu və avtomobil yolları ilə inteqrasiya edilmiş ən böyük liman olacaq.

“Nəticədə, türk iş adamları Pire və İsgəndəriyyə limanlarında vaxt itirmədən mallarını birbaşa Türkiyəyə gətirib buradan apara biləcəklər, daşınma xərcləri isə aşağı düşəcək”, - deyə məlumatda bildiriir.

“SOCAR-Turkey”in Petkim yarımadasında həyata keçirdiyi “Rafineri-Petrokimya-Lojistik-Enerji Entegrasyonu” layihəsinin əsas hissələrindən biri olan konteyner limanının gücü hazırda Türkiyədə ən böyük liman sayılan Alsancak limanından 50 faiz artıq olacaq və o, Ege bölgəsinin ən böyük inteqrasiya edilmiş limanı olacaq. Limanın ehtiyacları üçün 48 hektar sahə ayrılmışdır. Bunun 42 hektarı konteynerlərin saxlanması, 6 hektarı isə xidmət sahəsi kimi nəzərdə tutulmuşdur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında