Dövlət Material Ehtiyatları Agentliyi Dövlət Taxıl Fondu üçün ölkədə istehsal olunmuş yüksək keyfiyyətli buğdanın tədarükünü elan etmişdir

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Material Ehtiyatları Agentliyi Dövlət Taxıl Fondu üçün "Dəvəçi-Dəyirman MMC", Karat-Holdinq, FATOĞLU, N.Quliyev adına Bakı-Taxıl, "Araz ASC" "Aveta", "EL" KM, "Bəxtiyar" İstehsalat-ticarət və "Neon" firması müəssisələri vasitəsilə cari ilin iyul ayının 1-dən sentyabr ayının 1-nə kimi yerli taxıl istehsalçılarından buğda tədarükünü elan etmişdir. Buğdanın 1 tonu üçün 160 manat ödəniləcəkdir.
Dövlət Taxıl Fonduna Nazirlər Kabinetinin 2009-cu il 7 iyul tarixli 105 nömrəli qərarı ilə təsdiq edilmiş "Dövlət Taxıl Fondunun saxlanması və istifadəsi Qaydaları"nın 1 nömrəli əlavəsi ilə müəyyən edilmiş aşağıdakı keyfiyyət göstəricilərinə cavab verən buğda qəbul ediləcəkdir: dənin naturası (bir litrlik purkalarda qramla): buğda üçün - 750 q/l-dən az olmamaqla; alaq otları (zibil) qarışığı (faizlə): buğda üçün - 2 faizdən çox olmamaqla; dən qarışığı (faizlə): buğda üçün - 5 faizdən çox olmamaqla; nəmlik (faizlə) - bütün bitkilər üçün - 13 faizdən çox olmamaqla; yapışqanlıq - 3-cü sinif buğda üçün - 23 faizdən az olmamaqla, yapışqanlığın keyfiyyəti - 2-ci qrupdan aşağı olmamaqla; şüşəvarilik - 1-ci və 2-ci sinif buğdalar üçün - 60 faizdən az olmamaqla, 3-cü və 4-cü sinif buğdalar üçün - məhdudlaşdırılmır; iy və dad - bütün bitkilər üfunət, səməni, acıyovşan və ya dənli bitkilərə xas olmayan və onların emalı məhsullarına keçən (kerosin, benzin, sarımsaq və buna oxşar maddələr) digər iy və dad - yol verilmir; sürmə ilə yoluxmuş dənlər - yol verilmir; anbar ziyanvericiləri daraşmış bütün bitkilər üçün - yol verilmir; digər əlamətlər - bütün bitkilər üçün karantin və iqtisadi cəhətdən təhlükəli xəstəlik, zərərverici və alaq otlarının toxumları olan dən (heyvanların yoluxucu və ya tarlada qışlayan xəstəliklərlə yoluxmuş, tərkibi toksiki elementlər, radionukleidlər, pestisidlərlə çirklənmiş dənlər, həmçinin ekoloji baxımdan əlverişsiz təsərrüfatlarda becərilmiş məhsul) - yol verilmir.
Bildirilir ki, bu keyfiyyət göstəricilərinin tələblərinə cavab verməyən məhsul qəbul edilməyəcəkdir.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında