Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) Baş Əlaqələndirici Şəxslərinin 19-cu Forumu işə başlamışdır

 

 

Bakıda Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) Baş Əlaqələndirici Şəxslərinin 19-cu Forumu öz işinə başlamışdır.

Forumda 33 üzv ölkənin, eləcə də İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD), IOTA-nın nümayəndələri və IOTA-nın Prezidenti cənab Samuel Tanner iştirak edirlər.

Tədbiri giriş sözü ilə açan vergilər nazirinin müavini Sahib Ələkbərov Vergilər Nazirliyi adından forum iştirakçılarını salamlamışdır. S.Ələkbərov qeyd etmişdir ki, IOTA vergi sahəsində təcrübə mübadiləsinin aparılması və uğurlu hesab edilən təcrübələr barədə ətraflı məlumatların əldə edilməsi baxımından üzv dövlətlər üçün əlverişli platforma rolunu oynayır.

Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 2002-ci ildən etibarən IOTA-nın tam hüquqlu üzvü olduğunu bildirən S.Ələkbərov IOTA çərçivəsində üzv ölkələrin vergi administrasiyaları ilə əməkdaşlığın inkişaf etdirilməsinə daim xüsusi diqqət yetirildiyini forum iştirakçılarının nəzərinə çatdırmışdır.

Nazir müavini Azərbaycan iqtisadiyyatının sürətlə inkişaf etdiyini, son 10 ildə Azərbaycanda ümumi daxili məhsulun 3 dəfə artdığını, qarşıdakı 10 ildə daha 2 dəfə artacağının gözlənildiyini bildirmiş, belə sürətli iqtisadi inkişafın tələblərinə adekvat olan vergi inzibatçılığını təmin etmək üçün beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqinin faydalı olduğunu vurğulamışdır.

IOTA-nın prezidenti cənab Samuel Tanner də tədbir iştirakçılarını salamlayaraq, Bakı Forumunun IOTA-ya üzv dövlətlərin təcrübə mübadiləsi sahəsində atılan növbəti praktiki addımlardan biri olduğunu qeyd etmişdir.

Sonra IOTA-nın plenar sessiyaları işə başlamışdır. Üç gün davam edəcək forumun gündəliyinə təşkilatın fəaliyyəti ilə bağlı bir sıra məsələlərin, o cümlədən 2012-2017-ci illər üçün təşkilatın Strategiyasının həyata keçirilməsi mexanizmlərinin, vergi ödəyicilərinin inzibati yükünün azaldılması, onlara göstərilən xidmətlərin genişləndirilməsi və təkmilləşdirilməsi, vergi inzibatçılığı xərclərinin azaldılması, üzv dövlətlərdə mütərəqqi informasiya texnologiyalarından geniş istifadə edilməsi, IOTA-nın nəşrlərinin səmərəliliyinin artırılması və s. bu kimi məsələlərin müzakirəsi daxildir.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında