Proqnoz: Azərbaycanda iqtisadi artım davam edəcək

 

 

Azərbaycan hökuməti, Mərkəzi Bank, habelə beynəlxalq institutların proqnozlarına görə, yaxın perspektivdə ölkədə iqtisadi artımın davam edəcəyi gözlənilir.

 “APA-Economics”in xəbər verdiyi kimi, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) 2012-ci il üzrə “Pul siyasəti İcmalı”nda deyilir.

İcmalda vurğulanır ki, Dünya Bankı açıqladığı son iqtisadi xülasəsində Azərbaycan üzrə iqtisadi artımın 2013-cü ildə davam edəcəyini və 4,2 faiz təşkil edəcəyini proqnozlaşdırır. Bütövlükdə, DB, BVF, Avropa Yenidənqurma və İnkişaf Bankı və BMT-nın proqnozları 2013-cü ildə ölkədə iqtisadi artımın orta hesabla 3,5 faiz olacağını göstərir.

Qeyd edək ki, 2012-ci ildə ÜDM real ifadədə 2,2 faiz artıb və nominal olaraq 54 milyard manata çatmışdır. Hesabat ilində neft-qaz sektorunda 5 faiz azalma qeydə alınmış, qeyri-neft sektorunda isə artım 9,7 faiz təşkil etmişdir. Yaradılan əlavə dəyərin 2/3 hissəsi məhsul istehsalı, 1/3 hissəsi isə xidmət sahələrinin payına düşür.

 İcmala əsasən, AMB tərəfindən aparılan Real Sektorun Monitorinqi (RSM) də iqtisadi aktivlik üzrə gözləntilərin optimist olduğunu göstərir. Belə ki, RSM-in nəticələrinə əsasən, ilin  əvvəlindən xidmətə tələb və ticarət üzrə satış gözləntisi indeksi artıma meyillidir. Pozitiv gözləntilər eyni zamanda sənayenin qida, tikinti materiallarının istehsalı və toxuculuq alt seksiyalarında, ticarətin isə mebel, elekrtik məişət avadanlıqları seqmentlərində müşahidə edilmişdir. Gözləntilərin belə pozitiv olması sənayedə realizə olunmamış izafi mal ehtiyatının azalmasında da özünü büruzə verir. Ümumilikdə, AMB tərəfindən aparılan RSM nəticələri son aylar istehsalı artan, dövriyyəsi çoxalan müəssisələrin sayının yüksəldiyini və bu artımın dayanıqlı olduğunu göstərir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında