Bakıda Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramı çərçivəsində beynəlxalq seminar keçirilir

İyulun 6-da Bakıda Asiya İnkişaf Bankının maliyyə dəstəyi ilə Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramı (CAREC) çərçivəsində "bir pəncərə" sisteminin tətbiqi ilə bağlı Azərbaycan nümunəsinin öyrənilməsinə həsr olunmuş beynəlxalq seminar işə başlamışdır.
Seminar iştirakçıları əvvəlcə Fəxri Xiyabana gələrək xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil və gül dəstələri qoymuşlar.
Şəhidlər Xiyabanında Azərbaycanın azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları üzərinə güllər düzülmüş, "Əbədi məşəl" abidəsi önünə əklil qoyulmuşdur.
Seminarda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev, BMT-nin Avropa üzrə iqtisadi komissiyasının təmsilçisi Virginia Kram-Martos və digərləri çıxış etmişlər.
A.Əliyev bildirmişdir ki, seminarda CAREC-ə daxil olan 8 ölkədən (Azərbaycan, Əfqanıstan, Çin, Qazaxıstan, Özbəkistan və s.), o cümlədən beynəlxalq təşkilatlardan nümayəndələr iştirak edirlər. Seminarın məqsədi "bir pəncərə" prinsipinin tətbiqi ilə bağlı Azərbaycan təcrübəsini öyrənməkdir. Bundan başqa, iştirakçılar Biləsuvar sərhəd-keçid məntəqəsində "bir pəncərə" prinsipinin tətbiqi ilə tanış olacaqlar. Tədbir çərçivəsində iş adamları ilə müzakirələrin aparılması da nəzərdə tutulmuşdur.
Tədbirdə qeyd olunmuşdur ki, Azərbaycanın bir sıra gömrük keçid məntəqələrində təmir işləri aparılır və artıq Sınıq körpü, Samux, Balakən və Astara keçid məntəqələrində yaxın vaxtlarda təmir işləri başa çatdırılacaqdır.
Azərbaycanın gömrük sahəsində "bir pəncərə" sisteminin tətbiqi özünü doğrultmuşdur. Respublikamızın bu sahədə olan təcrübəsi başqa ölkələr üçün çox maraqlıdır.
Virginia Kram-Martos tədbirin əhəmiyyətindən danışmış, Azərbaycanın bu sahədə olan təcrübəsinin öyrənilməsinin vacibliyini diqqətə çatdırmışdır. O qeyd etmişdir ki, seminar təcrübə mübadiləsi baxımından çox əhəmiyyətlidir. Azərbaycan "bir pəncərə" sisteminin tətbiqində böyük uğurlar əldə etmişdir. Cənubi Qafqazda iqtisadi əməkdaşlığın ən vacib amillərindən biri regional ticarətin gücləndirilməsidir.
CAREC-ə daxil olan ölkələr Avropa ilə gömrük sahəsində əməkdaşlığı genişləndirmək üçün regional bazarı daha da inkişaf etdirməlidirlər.
Seminar iyulun 8-də başa çatacaqdır.{nl}

 

{nl}

 

{nl}

 

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında