Babək rayonunun taxılçıları zəmilərdən bol məhsul götürürlər

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Babək rayonunda olmuş və taxıl biçininin gedişi ilə maraqlanmışdır.
Ali Məclisin sədrinə məlumat verilmişdir ki, taxılçılıq sahəsində zəngin ənənələrə malik olan Babək rayonunda torpaq mülkiyyətçiləri 7 min 647 hektar sahədə buğda, 2 min 593 hektar sahədə arpa becərmişlər. Artıq 2 min hektar sahənin məhsulu toplanmışdır. Zəmilərə 28 kombayn çıxarılmışdır. Hər hektarın məhsuldarlığı 31 sentner təşkil edir. Biçin kütləvi xarakter aldıqdan sonra daha yüksək nəticələr gözlənilir.
Qeyd edilmişdir ki, hər il olduğu kimi, cari ildə də muxtar respublikada taxılçılıq üstün mövqeyə malikdir. Təsadüfi deyildir ki, əkin sahələrinin 61 faizini, yaxud 36 min hektardan çoxunu dənli və dənli-paxlalılar təşkil edir. Cari ilin məhsulu üçün 25 min 276 hektar sahədə buğda, 8 min 678 hektar sahədə isə arpa əkilmişdir. Regionda 18 min ton taxılı uzun müddətə və 20 min ton taxılı qısa müddətə saxlamağa imkan verən anbar tikilmiş, 16 taxıl emalı müəssisəsi mövsümə, 116 kombayn biçinə hazır vəziyyətə gətirilmişdir.
Məhsuldarlığın yüksək olması üçün torpaq mülkiyyətçiləri dövlət yardımı hesabına 6 min ton gübrə ilə təmin edilmişlər. Payızda şum altına fosfor, yazda isə əkinlərə azot gübrəsi verilmişdir. Taxıl tədarükünə və daşınmasına 180 yük maşını, 350 traktor və yedəklər cəlb olunmuşdur. Yüksək kondisiyalı toxum tədarük etmək üçün 8 dövlət və özəl toxumçuluq təsərrüfatı fəaliyyət göstərir.
Vasif Talıbov muxtar respublikada taxılın vaxtında və itkisiz toplanması, yerli iqlimə uyğunlaşdırılmış yüksək kondisiyalı toxum tədarük edilməsi, toxumun təmizləyici qurğudan keçirilərək əkinqabağı dərmanlanması, bu il xəstəlik müşahidə edilən yerlərdə təkrar taxıl əkininin keçirilməməsi barədə tapşırıqlar vermişdir.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında