Mərkəzi Bank maliyyə xidmətlərinin inkişafı layihəsinə yekun vurmuşdur

Mərkəzi Bankda "Azərbaycan Respublikasında Milli Ödəniş Sisteminin İnkişafı üzrə Dövlət Proqramı"nda nəzərdə tutulmuş maliyyə xidmətlərinin inkişafı layihəsi başa çatmışdır.
Qurumdan bildirmişlər ki, layihə çərçivəsində Mərkəzi Bank tərəfindən "Maliyyə xidmətləri göstərməsi üçün milli poçt rabitəsi operatoruna lisenziya verilərək, bu fəaliyyətə dair prudensial tənzimləmə qaydaları" hazırlanmış, həmçinin "Azərpoçt" MMC-nin yeni nizamnaməsi qəbul edilmişdir.
Hazırda təşkilati-texniki baxımdan tələblərə cavab verən poçt filial və şöbələrinin mərhələli şəkildə lisenziyalaşdırılması prosesi həyata keçirilməkdədir.
Layihə çərçivəsində qoyulmuş məqsədlərə nail olunması istiqamətində əsaslı işlər görülmüşdür. Beynəlxalq şirkətin məsləhətçiləri tərəfindən "Azərpoçt" MMC-də təsisatçı quruculuğun həyata keçirilməsinə yardım göstərilmiş, mühasibat uçotu, büdcə, risklərin və likvidliyin idarə edilməsi, daxili audit və sair modullar üzrə məsləhət xidmətləri göstərilmişdir.
Xatırladaq ki, layihənin icrasına 2005-ci ilin oktyabrından başlanılmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında