Azərbaycanda siyasi partiyaların dövlət tərəfindən maliyyələşdirilməsinə başlanılıb

 

 

Maliyyə Nazirliyi siyasi partiyalara ayrılacaq vəsaitin miqdarını açıqlayıb

Maliyyə Nazirliyi siyasi partiyalar üçün nəzərdə tutulmuş vəsaiti maliyyələşdirməyə başlayıb. Maliyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikası Qanununun 17-1-ci maddəsinə əsasən siyasi partiyaların fəaliyyətinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayrılmış vəsaitin 10 faizi irəli sürdüyü namizədlər Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş son seçkilərdə etibarlı səslərin azı 3 faizini qazanmış, lakin Azərbaycan Respublikasının Milli Məclisində təmsil olunmayan siyasi partiyalar arasında qazanılmış səslərin sayına proporsional olaraq bölünür. Vəsaitin 40 faizi Azərbaycan Respublikasının Milli Məclisində təmsil olunan siyasi partiyalar arasında bərabər, 50 faizi isə seçilmiş deputatlarının sayına proporsional olaraq bölünür.

 Həmin qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin 2012-ci il 8 may tarixli 625 nömrəli fərmanının 2.3-cü bəndinə əsasən siyasi partiyalara dövlət büdcəsindən ayrılmış vəsaitin siyasi partiyalar arasında bölgüsü onların müvafiq bank hesablarına köçürülməsinin təmin edilməsi Azərbaycan Respublikası Maliyyə Nazirliyinə tapşırılıb.

 Göstərilənləri əsas götürülməklə, 2013-cü il dövlət büdcəsində siyasi partiyaların fəaliyyətinin maliyyələşdirilməsi ilə bağlı nəzərdə tutulan maliyyə yardımı aşağıdakı məbləğlərdə aidiyyəti siyasi partiyalar arasında bölüşdürülüb.

 №       Siyasi partiyaların adı    Məbləğ (manatla)

1          Yeni Azərbaycan Partiyası       1 145 125,89

2          Vətəndaş Həmrəyliyi  Partiyası 136 089,81

3          Ana Vətən Partiyası     121 029,57

4          Sosial Rifah Partiyası    105 969,33

5          Azərbaycan Demokratik İslahatlar Partiyası     105 969,33

6          Azərbaycan Ümid Partiyası      105 969,33

7          Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası       105 969,42

8          Vətəndaş Birliyi Partiyası          105 969,33

9          Böyük Quruluş Partiyası           105 969,33

10        Milli Dirçəliş Hərəkatı Partiyası 105 969,33

11        Ədalət Partiyası           105 969,33

Dövlət büdcəsindən ayrılan vəsait Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən, partiyaların təqdim etdiyi sifarişlər əsasında rüblər üzrə siyasi partiyanın bank hesabına köçürülməsi təmin ediləcək.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında