Azərbaycan mikroavtobus istehsalına başlayıb

 

Azərbaycanın Naxçıvan Avtomobil Zavodu (NAZ) bu ildən yeni avtomobil modellərinin kütləvi istehsalına başlamışdır.

Zavodun direktor müavini Polad Sadıxov “APA-Economics”ə açıqlamasında bildirmişdir ki, 2013-cü ildən etibarən “Lifan” markasına məxsus kommersiya (ticarət) avtomobilləri və mikroavtobus buraxılır: “Ötən il biz bazarı öyrənmək üçün bu avtomobillərdən nümunə kimi bazara gətirdik, bu ildən isə onların kütləvi istehsalına başlamışıq”.

Kommersiya modellərinə iki model aiddir. Bunlardan biri - “Nazlifan LF 1022” bortlu yük maşınıdır. Digəri isə furqon yük avtomobilidir (“Nazlifan LF 5028” modeli). Kiçik biznes üçün nəzərdə tutulan hər iki avtomobilin yükgötürmə qabiliyyəti 800 kiloqramdır.

“Nazlifan LF 6401” mikroavtobusu isə sürücüdən əlavə 6 nəfər sərnişin götürür.

P.Sadıxov qeyd etmişdir ki, yeni modellərin qiyməti 10,5-10,9 min manat arasında dəyişir. Satılan avtomobillərə 2 il və ya 40 min km zəmanət verilir.

Hazırda Naxçıvan Avtomobil Zavodunda 5-i minik, 2-si kommersiya və 1-i mikroavtobus olmaqla 8 avtomobil modeli istehsal olunur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında