Tariflərin aşağı salınması davam etdiriləcək

Mobil rabitə və internet sahəsində indiyə kimi qiymətlər bir neçə dəfə azaldılıb və bundan sonra da qiymətlərin endirilməsi üzrə tarif siyasəti davam etdiriləcək.
Bu barədə Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasov "Consulting&Business" jurnalına verdiyi müsahibəsində bildirib. Tarif məsələsinin daim diqqətdə saxlanıldığını bildirən nazir keçən il internet istifadə haqlarının əhəmiyyətli dərəcədə aşağı endirildiyini vurğulayıb. Onun sözlərinə görə, aparılmış qiymət dəyişikliyi nəticəsində keçən il genişzolaqlı internet qoşmalarının qiyməti orta hesabla 6-7 dəfə azaldılıb: "Bunun sayəsində indi ölkəmizdə internetin qiyməti region ölkələri səviyyəsindədir. Lakin nəzərə almaq lazımdır ki, bu qiymətlər iqtisadi və obyektiv amillərdən formalaşır, yəni onların süni surətdə azaldılması sahənin inkişafına ciddi əks təsir edə bilər."
Nazir Əli Abbasov ölkədə tətbiq olunan telefon danışığı tariflərinə də toxunub. O, bütün telekommunikasiya operatorları, eləcə də mobil operatorları arasında arabağlantı müqavilələrinin imzalanmasının təmin edildiyini bildirib. "Telefon zənglərinin şəbəkələrarası mübadiləsi üzrə qarşılıqlı hesablaşma qiymətləri Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən aşağı salınaraq təsdiq edilib. Bunun nəticəsində də operatorlar tərəfindən tariflərə müəyyən qədər endirimlər edilib. Bundan sonra da qiymətlərin endirilməsi üzrə tarif siyasəti davam etdiriləcək". -deyə nazir Əli Abbasov məsələyə münasibət bildirib.

{nl}


Əfsanə BAYRAMQIZI,
"Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında