Azərbaycan gömrükçüləri peşə bayramlarını qeyd etmişlər

 

Yanvarın 30-u Azərbaycan gömrükçülərinin peşə bayramıdır. Bu münasibətlə Dövlət Gömrük Komitəsində (DGK) tədbir keçirilmişdir.

Azərbaycan gömrük xidmətinin yaranma tarixinə nəzər salan, keçdiyi şərəfli yoldan və bu sahədə əldə olunmuş uğurlardan danışan DGK-nın sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev peşə bayramı münasibətilə gömrük işçilərini təbrik etmişdir.

Komitə rəhbəri bildirmişdir ki, müstəqil Azərbaycan Respublikası ilə həmyaşıd olan DGK 1992-ci il yanvarın 30-da yaradılmışdır. Ümummilli lider Heydər Əliyevin 10 yanvar 1997-ci il tarixli sərəncamı ilə yanvarın 30-u gömrük əməkdaşlarının peşə bayramı günü elan edilmişdir.

Komitə ötən müddət ərzində sürətli inkişaf yolu keçmiş, ölkəmizdə dünya standartlarına uyğun gömrük xidməti formalaşmışdır. Azərbaycan gömrüyü yalnız ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra yenidən qurularaq, həyata keçirilən irimiqyaslı tədbirlər və geniş kadr islahatları nəticəsində təşəkkül tapmağa başlamışdır. Gömrük xidməti bu gün Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində fəaliyyətini təkmilləşdirir.

Daha sonra gömrükçülərin 2012-ci ildəki fəaliyyətlərinə nəzər salınmışdır. Bildirilmişdir ki, 2012-ci il üzrə DGK üçün müəyyən edilmiş 1 milyard 200 milyon manat büdcə proqnozuna qarşı 1 milyard 208,35 milyon manat gömrük vergi və rüsumlarının toplanıb dövlət büdcəsinə köçürülməsi təmin olunmuş, nəticə etibarı ilə proqnoza 100,7 faiz əməl edilmişdir.

Ötən il ərzində 14 min 606 hüquqpozma faktı aşkar edilmişdir ki, bunlardan 272-si cinayət xarakterli olmuşdur. Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar 87 fakt aşkar olunmuşdur.

Ümumilikdə 136 kiloqram 876 qram narkotik, o cümlədən 107 kiloqram  513 qram həşiş, 3 kiloqram 869 qram heroin, 10 koloqram 540 qram tiryək, 0,216 qram kokain, 102,17 qram marixuana, 9,42 qram metadon, 12 kq 613 qram metamfetamin və digər narkotiklər qanunsuz dövriyyədən çıxarılmışdır. Bu faktlar üzrə şübhəli bilinən şəxslərdən 110 nəfər (103 kişi, 7 qadın) barəsində müvafiq tədbirlər görülmüşdür. Bundan başqa, narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 15 narkoqrup zərərsizləşdirilmişdir.

Ötən il aşkar olunmuş 14 min 334 gömrük qaydaları əleyhinə inzibati xəta faktları üzrə 373 hüquqi şəxs (165 xarici hüquqi şəxs) və 13 min 945 fiziki şəxs (8827 xarici) inzibati məsuliyyətə cəlb edilmiş, göstərilən şəxslərə qarşı 1 milyon 172 min 525 manat cərimə tətbiq olunmaqla, 182 min 352 manat dəyərində mallar müsadirə edilmişdir.

Valyuta qanunvericiliyinin tələblərini pozan şəxslərdən - 337972 ABŞ dolları, 12738 avro, 18516100 rus rublu, 4 kiloqram 651 qram qızıl, 1391745 manat dəyərində 38 ədəd qızıl əşya, 10 kiloqram 218 qram gümüş, 63565 manat dəyərində 3716 ədəd gümüş əşya, 334 karat qiymətli daşlar tutulmuşdur.

Sonra komitənin bir sıra əməkdaşı il ərzindəki fəaliyyətlərində seçildiklərinə görə təltif olunmuşlar.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında