Beynəlxalq Maliyyə Korporasiyası və Azərbaycan Dövlət Neft Fondu inkişaf etməkdə olan bazarlarda özəl sektorun inkişafını dəstəkləyir

 

Dünya Bankı Qrupunun üzvü olan Beynəlxalq Maliyyə Korporasiyası (IFC) və Azərbaycan Respublikasının Dövlət Neft Fondu (ARDNF) inkişaf etməkdə olan bazarlarda özəl sektorun inkişafının dəstəklənməsi sahəsində əməkdaşlığın genişləndirilməsi üzrə saziş imzalamışlar.

ARDNF-in ictimaiyyətlə əlaqələr departamentindən AzərTAc-a bildirmişlər ki, fond bu yaxınlarda bərpa olunan enerji mənbələri və iqlimə münasibətdə müsbət həllər sahəsində çalışan fondların və həyata keçirilən layihələrin inkişafını dəstəkləyən IFC-nin Katalizator Fonduna (IFC Catalyst Fund)  50 milyon ABŞ dolları məbləğində vəsaitin ayrılması üzrə öhdəlik qəbul etmişdir. Bundan əvvəl ARDNF tərəfindən IFC-nin Afrika, Latın Amerikası və Karib Fonduna 100 milyon ABŞ dolları məbləğində investisiya yatırılmışdır. Azərbaycan inkişaf etməkdə olan bazarlar arasında IFC-nin Aktivlərin İdarə Edilməsi Şirkəti  (IFC Asset Management Company) tərəfindən idarə edilən  fondlara investisiya yatırmış ilk ölkə olmuşdur.

 ARDNF-in icraçı direktoru Şahmar Mövsümov demişdir ki, Azərbaycan Respublikası qlobal inkişafa böyük əhəmiyyət verir. Neft və qaz ehtiyatlarının satışından əldə etdiyimiz gəlirlərin etibarlı investisiya layihələrinə yatırmağımızın əsas səbəblərindən biri məhz budur.

Ş.Mövsümov bildirmişdir ki, IFC-nin təcrübəsini və inkişaf etməkdə olan bazarlarda fəaliyyətini yüksək dəyərləndiririk və yatırdığımız investisiyaların güclü inkişafa təsir göstərəcəyini və yüksək maliyyə gəlirliliyinə malik olacağını gözləyirik. IFC-nin Aktivlərin İdarə Edilməsi Şirkəti tərəfindən idarə edilən fondlara investisiyaların yatırılması ilə bağlı digər seçimləri araşdırırıq.

IFC-nin icraçı vitse-prezidenti və baş direktoru Jin-Yong Cai bildirmişdir ki, Azərbaycan Respublikasının Dövlət Neft Fondu ilə tərəfdaşlığımızı yüksək dəyərləndiririk. Bu cür sazişlər vasitəsilə IFC iqtisadi inkişafı şərtləndirən qüvvəyə malik olan və ən lazımi sahələrdə fürsətlər yarada bilən özəl sektora verdiyi dəstəyini artıra bilər.

Aktivlərin İdarə Edilməsi Şirkəti IFC-nin tam mülkiyyətində olan törəmə qurumdur və üçüncü tərəflərdən kapitalın cəlb edilməsi və yatırılması, institusional investorlara IFC-nin təcrübəsindən faydalanmağa imkan yaradılması və bununla yüksək  kapital gəlirliliyinin həmçinin,  vəsaitin yerləşdirildiyi  inkişaf etməkdə olan bazarlarda müsbət inkişafın  təmin edilməsi sahəsində fəaliyyət göstərir. Şirkət beş investisiya fondunun 4,8 milyard ABŞ dolları məbləğində  kapitalını idarə edir.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında