Yaponiya - Azərbaycan İKT Forumu keçiriləcək

 

 

 Azərbaycan İKT  sahəsində  beynəlxalq əlaqələrini ildən ilə genişləndirir. Son illər Yaponiya ilə bu sahədə  əməkdaşlığa diqqət artırılmaqdadır.

Bu günlərdə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Şusuke Vatanabe ilə görüşündə də  bu barədə ətraflı söhbət aparılmışdır. Bu barədə  nazirliyin rəsmi saytında ( mincom.gov.az)  məlumat verilmişdir. Məlumatda deyilir ki, ölkələrimiz arasında mövcud əlaqələrdən söz açan nazir Əli Abbasov ikitərəfli əməkdaşlığın daha da dərinləşməsinə olan qarşılıqlı marağın Azərbaycan-Yaponiya münasibətlərinin genişlənməsi üçün əlverişli zəmin yaratdığını bildirib. Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə 2013-cü ilin ölkəmizdə “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsinə diqqət çəkən səfir qərarın sevindirici olmasını vurğulayaraq qeyd edib ki, bu addım iki ölkə münasibətlərində İKT sahəsinin daha da inkişaf etdirilməsi, genişləndirilməsi üçün yeni imkanlar açır.

Azərbaycanda informasiya texnologiyalarının sürətli inkişafı fonunda Yaponiya tərəfinin çoxdan ölkəmizdə Yaponiya-Azərbaycan İKT Forumunun təşkilinə xüsusi maraq göstərdiyini qeyd edən Şusuke Vatanabe bu il Azərbaycanın ilk peykinin fəzaya buraxılmasını nəzərə alaraq, forumda məhz bu prioritet sahə üzrə peyk məsələlərinə daha geniş yer ayrılmasını təklif edib. Onun sözlərinə görə, foruma Yaponiyanın dövlət və qeyri-dövlət sektorunun təmsilçiləri, o cümlədən 40-a yaxın özəl şirkətin qatılacağı gözlənilir.

Nazir Əli Abbasov öz növbəsində texnologiyalar sahəsində aparıcı ölkələrdən sayılan Yaponiya təcrübəsinin Azərbaycan üçün mühüm əhəmiyyət kəsb etdiyini, bu tipli forumların təşkilinin Yaponiya-Azərbaycan münasibətlərinin daha da yaxınlaşmasında, xüsusən yapon texnologiyalarının Azərbaycanda istehsalı və istehlakında önəm daşıyacağını, gələcəkdə bərabər səylər nəticəsində birgə istehsal və xidmətlərin həyata keçirilə biləcəyinə ümidvar olduğunu vurğulayıb.

Görüşdə həmçinin birinci Yaponiya - Azərbaycan İKT Forumunun cari il fevralın 27-28-də keçirilməsi qərara alınıb və artıq hazırlıq işlərinə başlanılıb.

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında