Dövlət Gömrük Komitəsində görüş

 

Yanvarın 23-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Xəlil Akıncının başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Qonaqları səmimiyyətlə salamlayan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev türkdilli ölkələrin əməkdaşlığının, o cümlədən iqtisadi-ticari, gömrük sferasında əlaqələrinin genişləndirilməsinin əhəmiyyətindən danışmış, bu əməkdaşlığın davamlı inkişafının zəruriliyini vurğulamışdır. Xalqımızın ümummilli lideri Heydər Əliyevin böyük uzaqgörənliklə təşəbbüskarı olduğu qədim İpək Yolunun bərpası ilə bağlı  fikirlərini də qonaqların diqqətinə çatdıran DGK sədri bu layihənin bərpasının, eyni zamanda türkdilli ölkələrin iqtisadi-ticari münasibətlərinin inkişafına stimul verdiyini bildirmişdir.

Ötən il Naxçıvanda keçirilən Türkdilli dövlətlərin gömrük xidməti rəhbərlərinin görüşünü də məmnunluqla xatırlayan Komitə sədri bu görüşdə ticarətin və sərhəddən keçmənin sadələşdirilməsi üçün türkdilli dövlətlərin gömrük xidmətləri arasında əməkdaşlığın genişləndirilməsi, buraxılış məntəqələrinin infrastrukturunun təkmilləşdirilməsi, potensialının gücləndirilməsi, mal və nəqliyyat vasitələrinin, o cümlədən sərnişinlərin sərhəddən keçidinin sürətləndirilməsi, məlumat və qabaqcıl təcrübə mübadiləsi ilə narkotiklərin qanunsuz dövriyyəsinə və qaçaqmalçılığa qarşı səylərin birləşdirilməsi və s. bu kimi müzakirə olunan məsələləri, əldə olunan razılaşmaları birgə əməkdaşlığın gələcək inkişafına yönələn  mühüm addımlardan biri kimi dəyərləndirmişdir.

Səmimi qəbula görə Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevə təşəkkür edən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Xəlil Akıncı  bu mötəbər quruma daxil olan ölkələrin bütün istiqamətlərdə, eləcə də gömrük sahəsində əlaqələrinin inkişafı üçün nəzərdə tutulan məsələlərdən bəhs etmişdir.

Türkdilli ölkələr arasında  əlaqələrin inkişafında gömrük orqanlarının mühüm rolunu qeyd edən qonaq bu baxımdan müvafiq sahədə qarşılıqlı əməkdaşlığın genişləndirilməsinin zəruriliyini diqqətə çatdırmış, mal və nəqliyyat vasitələrinin  sərhəddən keçidinin sürətləndirilməsi ilə bağlı birgə həyata keçirilən tədbirlərin daha da intensivləşdirilməsinin vacibliyini vurğulamışdır.  Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev isə öz növbəsində bildirmişdir ki, bu gün Azərbaycanın əsas sərhəd qapılarında beynəlxalq standartlara tam cavab verən, müasir texniki-nəzarət vasitələri ilə təmin edilən  gömrük keçid məntəqələri inşa edilərək Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilmiş, beləliklə bu məntəqələrdə yoxlama müddəti zamanı vaxt itkisi minimuma endirilmişdir. Artıq ölkə sərhədlərində Azərbaycan tərəfdən bu kimi problemlərin yaşanmadığını qeyd edən Komitə sədri gələcəkdə qarşı tərəflərin də bu cür halların aradan qaldırılması istiqamətində konkret tədbirlər həyata keçirəcəklərinə ümidvar olduğunu bildirmişdir.

Görüşdə, həmçinin türkdilli ölkələr arasında gömrük sahəsində əlaqələrin genişləndirilməsi işinin daha səmərəli təşkili ilə bağlı bir sıra digər məsələlər üzrə fikir mübadiləsi aparılmışdır.

DGK mətbuat xidməti 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında