Ötən il Türkiyə və Azərbaycan arasında ticarət dövriyyəsi 4 milyard dolları keçmişdir

 

Ötən il Türkiyə və Azərbaycan arasında ticarət dövriyyəsi 4 milyard dollardan artıq olmuşdur.

“APA-Economics”in məlumatına görə, bunu Türkiyənin Azərbaycandakı səfirliyin konsulu Rıza Kağan Yılmaz bildirmişdir.

Onun sözlərinə görə, Türkiyə və Azərbaycanın hədəfi ticarət dövriyyəsini 10 milyard dollara çatdırmaqdır: “Hər iki ölkədən investisiyaların həcmi 10 milyard dollardan çoxdur. Yaxın dövrdə bu göstərici artacaq. Çünki SOCAR Türkiyədə böyük işlər görür. Hazırda Türkiyə Azərbaycanla birgə TANAP, Bakı-Tiflis-Qars dəmir yolu layihələrini həyata keçirir. Bu da əsas verir ki, investisiyaların həcmi yüksəlsin”.

Rıza Yılmaz qeyd etmişdir ki, hazırda Azərbaycanın 1000 şirkəti Türkiyədə qeydiyyatdan keçmişdir: “Azərbaycanda da 1000 türk şirkəti fəaliyyət göstərir. Bu şirkətlər böyük işlər görür və iki ölkə arasında iqtisadi əlaqələrin daha da inkişaf etməsinə töhfələr verirlər”.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında