bp şirkəti ilə Azərbaycan arasındakı əməkdaşlıq məsələləri müzakirə edilmişdir

 

Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov bp şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə prezidenti Qordon Birrel və xarici işlər və təhlükəsizlik məsələləri üzrə vitse-prezidenti Hüseyn Məmmədov ilə görüşmüşdür.

Xarici İşlər Nazirliyindən AzərTAc-a bildirmişlər ki, görüşdə Azərbaycan ilə bp şirkəti arasında əməkdaşlıqdan, birgə həyata keçirilən layihələrdən söz açılmış, Xəzər dənizinin Azərbaycan Respublikasına aid hissəsində, o cümlədən Azəri-Çıraq-Günəşli yataqlarında bp şirkətinin operatoru olduğu Beynəlxalq Əməliyyat Şirkəti tərəfindən görülməsi nəzərdə tutulan işlər barədə fikir mübadiləsi aparılmışdır.

Qordon Birrel təmsil etdiyi şirkətlə Azərbaycan arasındakı əməkdaşlıqdan məmnunluq ifadə etmiş və ölkəmizi bp-nin ən yaxın tərəfdaşlarından biri adlandırmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında