Vergilər nazirinin birinci müavini: Kinematoqrafçılar İttifaqı vergidən yayınma faktının olduğunu etiraf edib

 

“Azərbaycan Kinematoqrafçılar İttifaqında aparılan vergi yoxlamalarının nəticəsi olaraq ittifaqın rəhbərliyi özü də vergidən yayınma hallarının mövcud olduğunu etiraf edib”.

APA-nın məlumatına görə, bu fikirləri vergilər nazirinin birinci müavini Natiq Əmirov bu gün keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Kinematoqrafçılar ittifaqında növbədən kənar deyil, qanuna uyğun şəkildə növbəti yoxlama aparılıb: “Yoxlamadan 15 gün əvvəl onlara bildiriş göndərilib və təklif olunub ki, bütün sənədlərinizi qaydaya salın, 15 gündən sonra gəlib yoxlama aparacağıq. Bu, 2012-ci ilin ortalarında olub. 2012-ci ilin sonuna yaxın bu yoxlama başa çatıb. Bildiyiniz kimi, vergi yoxlaması ödəyicinin son 3 illik fəaliyyətini əhatə edir, bu fəaliyyət də 2009-2012-ci illəri əhatə edir. Çünki biz vergi ödəyicilərində hər il yoxlama aparmırıq”.

Natiq Əmirov bildirib ki, ittifaqda yoxlama çox işgüzar şəraitdə aparılıb və yoxlama prosesində vergi ödəyicisi vergi orqanlarına hər hansı şikayət və narazılıq bildirməyib, üstəlik ittifaqın rəhbərliyi özü də vergidən yayınma faktını təsdiqləyib: “Yoxlama bitəndən sonra vergilərin yayındırılması faktı aşkar edilib və onlar da rəsmi vergi orqanlarına müraciət ediblər ki, biz bu yayınmanın həqiqətən də olduğunu etiraf edirik və söz veririk ki, bu vergiləri ödəyəcəyik. Amma qanunvericiliyə əsasən, vergi ödəyəcəyini vəd etmək təbii ki, insanı məsuliyyətdən azad etmir. Buna görə də yoxlamanın nəticəsi olaraq materiallar vergi cinayətlərinin ibtidai araşdırma departamentinə göndərilib. 2012-ci ildə bu departamentdə Kinematoqrafçılar İttifaqının vəzifəli şəxsi – orada direktor vəzifəsini tutan Əfəndiyeva Lalə Şamil qızına qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə ittiham elan edilib. Cinayət işinin başlanmasına səbəb bəzi ödənişlərin, rəsmiləşdirilmiş ödəmə əməliyyatlarının qanunvericiliyə uyğun aparılmaması və bəlli məbləğlərin mənimsənilməsidir”.

Vergilər nazirinin birinci müavini bildirib ki, hazırda istintaq davam edir: “Və bu iş adi qaydada - hər bir sahibkarla aparılan kimi aparılır, qanundan kənar və ya hər hansı qərəzli bir iş yoxdur, ola da bilməz. Bu məsələni siyasiləşdirmək və ya bizi siyasətə çəkmək istəyirlərsə, bu, yanlış yoldur. Azərbaycan Kinematoqrafçılar İttifaqında vergidən yayınma ilə əlaqədar cinayət işinin açılmasında hər hansı qərəz yoxdur. Bu, sırf vergidən yayınma faktı ilə bağlıdır. ”.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında