Azərbaycan Asiya ölkələrinin daşınmaz əmlak və qiymətli kağızlar bazarlarına sərmayə yatırtmaq niyyətindədir

 

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) hazırda diqqətini Asiyanın daşınmaz əmlak və qiymətli kağızlar bazarlarına yönəltmişdir. “APA-Economics”in məlumatına görə, bu barədə ARDNF-in icraçı direktoru Şahmar Mövsümov açıqlama vermişdir.

Onun sözlərinə görə, artıq fond tərəfindən Avstraliya, Türkiyə və Rusiyanın qiymətli kağızlar bazarına vəsait yatırılmışdır. Belə ki, ARDNF Avstraliyada ümumi həcmi 200 milyon Avstraliya dolları, Türkiyədə 800 milyon türk lirəsi, Rusiyada isə 3 milyard Rusiya rublu olan istiqrazlara vəsait yatırmışdır: lMaliyyə böhranı dövründə hər hansı bir ölkənin fond bazarlarına vəsait yatırmazdan öncə biz dərin təhlillər aparırıq və məhz bundan sonra hər hansı qiymətli kağıza və ya daşınmaz əmlaka vəsait yatırırıq. Avstraliyanın fond bazarına gəldikdə, onu deyə bilərəm ki, bu ölkənin valyutası çox güclüdür və üstəlik istiqrazların gəlirlik dərəcəsi yüksəkdir. Türkiyə və Rusiyanın fond bazarlarına gəldikdə isə, bu ölkələrin iqtisadiyyatı bizə yaxşı tanışdır və Azərbaycan iqtisadiyyatına yaxındır”.

ARDNF-in xaricdə daşınmaz əmlaka yatırdığı vəsaitə gəldikdə, Ş.Mövsümov qeyd etmişdir ki, 2012-ci ilin son rübü ərzində fond London, Paris və Moskva şəhərlərinin mərkəzlərində daşınmaz əmlak əldə etmişdir və artıq ilk gündən sözügedən əməliyyatdan (daşınmaz əmlakın kirayə verilməsi) gəlir əldə olunur: “Bildiyiniz kimi, hazırda Avropada maliyyə böhranı yaşanır. Asiyada isə əksinə, qlobal maliyyə böhranından sonra canlanma baş verir, maliyyə bazarları inkişaf edir. Bu baxımdan biz diqqətimizi Asiyanın həm qiymətli kağızlar bazarına, həm də daşınmaz əmlak bazarına yönəltmişik. Ötən il Azərbaycanın nümayəndə heyəti Sinqapur, Honkonq və Malayziya kimi ölkələrdə olub bu istiqamətdə müvafiq qurumlarla danışıqlar aparmışdır. Cari ildə isə Çin və Avstraliyaya səfər edərək analoji danışıqlar aparmaq niyyətindəyik və bu kimi ölkələrdə daşınmaz əmlaka və ya qiymətli kağızlar bazarına vəsait yatırmaq fikrindəyik”.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında