“PAŞA Həyat Sığorta” ASC 2012-ci ildə 15 milyon manata yaxın sığorta haqqı toplamışdır

 

Ölkə iqtisadiyyatının inkişafında  qeyri-neft sektorunun payı ilbəil artmaqdadır. Bu da ilk növbədə respublikamızda aparılan məqsədyönlü iqtisadi islahatlar, iş adamlarına yaradılan şərait, onlara göstərilən dövlət qayğısının bariz nümunəsidir. Əldə edilən uğurlar Azərbaycanın sığorta sektoruna da müsbət təsir göstərməkdədir. Belə ki, 2012-ci ildə Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən ümumilikdə 342,519 milyon manatdan çox sığorta haqqı toplanılıb ki, bu da 2011-ci illə müqayisədə 62,2 faiz və ya 132,537 milyon manat çoxdur.

Azərbaycanda həyat sığortası üzrə ixtisaslaşmış sığorta şirkətlərindən biri olan “PAŞA Həyat Sığorta” ASC də 2012-ci ili uğurlu göstəricilərlə başa vurub. “PAŞAHəyat Sığorta” nın marketinq və ictimaiyyətlə əlaqələr şöbəsindən aldığımız məlumata görə, şirkət ötən il 14,697 milyon manata yaxın sığorta haqqı toplayıb ki, bu da 2011-ci illə müqayisədə 80 faiz və ya 6,512 milyon manat çoxdur.

Dövlət Sığorta Nəzarəti Xidmətinin təqdim etdiyi məlumatlar əsasında aparılan araşdırmalar nəticəsində bəlli olub ki, “PAŞA Həyat Sığorta” ASC 2012-ci ilin yığımlar üzrə renkinq cədvəlində öz mövqeyini gücləndirərək daha iki pillə – 11-ci pillədən 9-cu pilləyə yüksəlib.

“PAŞA Həyat Sığorta” ASC-nin sığorta şirkətləri sırasında mövqeyinin güclənməsi ilə yanaşı, ötən il şirkətin bazar payında da artım müşahidə edilib. Belə ki, 2011-ci illə müqayisədə 2012-ci ildə  şirkətin ümumi bazar payı 0,5 faiz bəndi artaraq 4,3 faizə, həyat sığortası bazarındakı payı isə 3,6  faiz bəndi artaraq 40 faizə çatıb.

“PAŞA Həyat Sığorta”nın yığımlarının və bazar payının qeyd olunan dinamik artımını, bir sözlə, bütün bunların fonunda şirkətin ön mövqeyə yüksəlməyinin əsas səbəbini onun bazara həyat sığortası ilə bağlı sığorta məhsullarını sərfəli şərtlərlə təqdim etməsi nəticəsində etibarlı və məmnun müştəri bazasının formalaşması ilə izah etmək olar.

Ümumiyyətlə, “PAŞA Həyat Sığorta”nın qısa müddət ərzində belə bir nailiyyətlər əldə etməsi, sığorta bazarına yeni iştirakçı kimi qatılan şirkət üçün  mühüm göstərici sayıla bilər.

Qeyd edək ki, aparılan araşdırma ölkənin ümumi sığorta bazarını da əhatə edib. Belə ki, 2012-ci ildə Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən ümumilikdə 342,519 milyon manatdan çox sığorta haqqı toplanılıb ki, bu da 2011-ci ilin  göstəriciləri ilə müqayisədə 62,2 faiz və ya 132,537 milyon manat çoxdur.

 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında