Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi

 

2012-ci ildə görülən işlərə dair hesabatını açıqlamışdır

Hesabatda bildirilir ki, 2012-ci il ərzində Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin müvafiq struktur bölmələri tərəfindən qanunvericiliklə müəyyən edilmiş hüquq və vəzifələrin həyata keçirilməsi, ölkə rəhbərliyinin tapşırıqlarının icrası, dövlət proqramlarının, Azərbaycan Respublikasının qoşulduğu dövlətlərarası və hökumətlərarası müqavilələrdən irəli gələn və komitənin səlahiyyətlərinə aid olan öhdəliklərin yerinə yetirilməsinin təmin edilməsi məqsədilə müvafiq işlər aparılmışdır.

“Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 4 aprel 2012-ci il tarixli, 604 nömrəli fərmanı ilə komitə yanında Dövlət Akkreditasiya Xidməti, Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarət Xidməti, Dövlət Metrologiya Xidməti yaradılmışdır.

Texniki tənzimləmə və standartlaşdırma sahəsinin inkişaf etdirilməsi və onun beynəlxalq təcrübəyə uyğunlaşdırılması, normativ-hüquqi bazanın təkmilləşdirilməsi, sahə üzrə xidmət orqanlarının işlərinin əlaqələndirilməsi, onlara metodik köməkliyin göstərilməsi məqsədilə komitədə müvafiq işlər görülmüşdür.

Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən 1138 təsərrüfat subyektində dövlət nəzarəti qaydasında yoxlamalar aparılmışdır. Bunların 517-si ərzaq məhsulları, 418-i qeyri-ərzaq məhsullarının keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarəti, 193-ü isə metroloji nəzarətlə bağlı olmuşdur. Ümumilikdə aparılmış yoxlamalar zamanı 833 təsərrüfat subyektində standartların, metroloji norma və qaydaların tələblərinin pozulması halları aşkar edilərək barələrində qanunvericiliklə nəzərdə tutulmuş tədbirlər görülmüş, 833 iradnamə və 455 tələbnamə verilmiş, 261 sahibkarlıq subyektində məhsulların istehsalı və satışı qadağan edilmişdir. Məhsullardan götürülmüş nümunələrin sınağı nəticəsində onların normativ sənədlərin tələblərinə cavab vermədiyi, insan həyatı və sağlamlığı üçün təhlükəli olduğu müəyyən edilmiş və bu səbəbdən ümumi dəyəri 126,874 manat olan 18 ton yağ, 570 litr qablaşdırılmış içməli su, 950 dekalitr pasterizə edilmiş çəllək pivəsi, 60 kq Bakı paxlavası, 438 kq müxtəlif növ kolbasa məmulatları, 1050 kq qənd rafinadı, 10056,6 litr alkoqolsuz içki dövlət müfəttişləri və müəssisənin nümayəndələrinin iştirakı ilə məhv edilmişdir. Eyni zamanda, inzibati xəta törətmiş sahibkarlıq subyektlərinə inzibati qaydada cərimələr tətbiq edilmiş, cərimələrin ümumi məbləği 306.500 (üç yüz altı min beş yüz ) manat təşkil etmişdir. 48 müəsissə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə göndərilmişdir.

Xidmət tərəfindən dövlət nəzarəti aparılan təsərrüfat subyektlərində 22.856 ədəd ölçmə vasitəsinin müqayisəli dövlət yoxlamasından keçmədiyi, 768 adda məhsulun uyğunluq sertifikatı olmadan istehsal olunduğu aşkar edilmişdir.

2012-ci ildə Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) ilə birgə “Əqli mülkiyyət hüquqlarının idarəetmə sisteminin avtomatlaşdırılması (2011-2013)” layihəsi çərçivəsində işlər həyata keçirilmişdir. Layihə üzrə əqli mülkiyyət üzrə inzibati işlərin avtomatlaşdırılması üçün kompyuterləşdirilmiş sistemin yaradılması, milli məlumat bazası toplusunun hazırlanması, Milli Rəqəmsal Əqli Mülkiyyət Kitabxanasının formalaşdırılması, Tədris Mərkəzinin yaradılması istiqamətində işlər aparılmışdır.

 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında