Bakıda Azərbaycan-Sloveniya biznes forumu keçirilmişdir

Sloveniyanın Baş naziri Yanez Yanşanın ölkəmizə səfəri çərçivəsində yanvarın 16-da Bakıda Azərbaycan-Sloveniya biznes forumu keçirilmişdir.

 

Sloveniyanın Baş naziri Yanez Yanşanın ölkəmizə səfəri çərçivəsində yanvarın 16-da Bakıda Azərbaycan-Sloveniya biznes forumu keçirilmişdir.

İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, AZPROMO-nun təşkilatçılığı ilə reallaşdırılan biznes forumda rəsmi şəxslərlə yanaşı, sənaye, enerji, turizm, tikinti, səhiyyə, təhsil, konsaltinq və s. sahələrdə fəaliyyət göstərən sahibkarlar da iştirak etmişlər.

Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev tədbiri açaraq, ölkəmizin Sloveniya ilə ikitərəfli əməkdaşlığa böyük önəm verdiyini vurğulamışdır. Bildirilmişdir ki, Azərbaycan-Sloveniya siyasi münasibətləri yüksək səviyyədədir. İndiyədək ölkələr arasında 10 sənəd imzalanmışdır. İki ölkə arasında əməkdaşlığın mühüm istiqamətlərindən biri də ticarət əlaqələridir. Ölkələrimizin mövcud potensialdan səmərəli istifadə etməklə qarşılıqlı ticarətin inkişafı və şaxələndirilməsi istiqamətində işlər davam etdirilməlidir.

Azərbaycan və Sloveniya arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı investisiya qoyuluşu üçün böyük imkanların olduğunu diqqətə çatdıran nazir, biznes forumun da yeni əməkdaşlıq imkanlarının yaranmasına, iş adamları arasında mövcud əlaqələrin genişlənməsinə, ikitərəfli ticarət əlaqələrinin inkişafına müsbət töhfə verəcəyini demiş, iş adamlarını fəal əməkdaşlığa dəvət etmişdir.

Nazir Şahin Mustafayev Azərbaycanda aparılan iqtisadi islahatlar və əldə edilmiş nailiyyətlər barədə də məlumat vermişdir.

Sloveniyanın Baş naziri Yanez Yanşa iki ölkənin böyük iqtisadi potensiala malik olduğunu demişdir. Baş nazir, həmçinin mövcud imkanlardan səmərəli istifadənin, iş adamları arasında əməkdaşlığın genişləndirilməsinin Sloveniya və Azərbaycan arasında iqtisadi-ticarət əlaqələrinin inkişafında əhəmiyyətli olacağını qeyd etmişdir.

Tədbirdə AZPROMO-nun rəhbəri Rüfət Məmmədov ölkəmizin biznes və investisiya mühitinə, Sloveniyanın Sahibkarlıq, İnnovasiya, İnkişaf, İnvestisiya və Turizm üzrə Dövlət Agentliyinin (“SPİRİT Slovenia”) rəhbəri Boştyan Skalar ölkəsinin iqtisadi imkanlarına dair təqdimatlarla çıxış etmişlər.

Biznes forumda AZPROMO və “SPİRİT Slovenia”, Bakı Dövlət Universiteti ilə Lyublyana Universiteti, Azərbaycan Texniki Universiteti ilə Sloveniyanın “İskratel” şirkəti, Oğuz rayonu və Sloveniyanın Nova Qoritsa şəhərinin icra hakimiyyətləri, Azərbaycanın “Azərinşaatservis” və Sloveniyanın “Duol” şirkətləri arasında əməkdaşlıq haqqında anlaşma memorandumları imzalanmışdır.

Tədbir iş adamları arasında ikitərəfli görüşlərlə davam etmişdir.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında