Ötən il Sosial Müdafiə Fonduna vətəndaşlardan daxil olan müraciətlərin sayı 42,5 faiz azalmışdır

2012-ci il ərzində Dövlət Sosial Müdafiə Fondu tərəfindən vətəndaşların müraciətlərinə, ərizə və şikayətlərinə vaxtında baxılması təmin edilmişdir.

 

2012-ci il ərzində Dövlət Sosial Müdafiə Fondu tərəfindən vətəndaşların müraciətlərinə, ərizə və şikayətlərinə vaxtında baxılması təmin edilmişdir.

Ümumilikdə il ərzində fondun aparatına vətəndaşlardan daxil olan müraciətlərin sayı 42,5 faiz azalmışdır.  Ötən il daxil olan müraciətlər arasında əvvəlki illərlə müqayisədə daha çox pensiya və müavinətlərin hesablanması, pensiyanın azlığı istiqamətində müraciətlər azalmışdır. Belə ki, qanunvericiliyə edilən dəyişikliklərə əsasən, əvvəlki sistemlə təyin olunmuş pensiyaların yenidən hesablanmasının həyata keçirilməsi bu istiqamətdə müraciətlərin 2012-ci ildə azalmasına gətirib çıxarmışdır.

Vətəndaşların suallarının cavablandırılması həm də fondun “190” nömrəli mərkəzi çağrı sistemi vasitəsilə həyata keçirilmişdir. 2012-ci il ərzində telefon məlumat xidmətinə daxil olan müraciətlərin 47,6 faizi bilavasitə pensiya məsələlərinə aid olmuşdur.  Müraciətlərin 21,73 faizini məcburi dövlət sosial sığortasına dair sorğular əhatə etmişdir. Məlumat xidmətinə ünvanlanan müraciətlərin 30,6 fazi isə fərdi uçotun təşkili və digər məsələlərlə əlaqədar olmuşdur.

İctimaiyyətlə əlaqələrin mühüm həlqəsi kimi DSMF özünün internet saytı (www.sspf.gov.az, www.dsmf.gov.az) vasitəsilə də əhalini maraqlandıran sualları cavablandırmaqda davam etmişdir. Göndərilən hər bir sual fondun müvafiq şöbələri tərəfindən cavablandırılmış və həmin cavablar saytın “Sual-cavab” altqrupundakı müvafiq bölmələrdə yerləşdirilmişdir.  2012-ci il ərzində DSMF-nin  internet saytının “Sual-cavab” altqrupuna vətəndaşlar tərəfindən ünvanlanan sualların 33,9 faizi əmək pensiyaları ilə bağlı olmuşdur. Sualların 25,8 faizi sosial sığorta haqları ilə əlaqədar məsələləri əhatə etmişdir.

Bundan başqa, “Sual-cavab” altqrupuna göndərilən sualların 14,7 faizi hərbi qulluqçulara dair pensiya və müavinətlərə,  9,9 faizi isə fərdi uçotla  bağlı olmuşdur. Göndərilən sualların 14,8 faizi isə altqrupun “digər” bölməsinə ünvanlanmışdır. Həmin sualların müəyyən hissəsi DSMF-nin səlahiyyətlərinə aid olmayan məsələləri əhatə etmiş və bununla bağlı vətəndaşlara müvafiq cavablar göndərilmişdir.  Saytın “qonaq” bölməsinə daxil olan elektron məktublar isə müraciətlərin 0,9 faizini əhatə etmişdir.

 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında