Sahibkarlıq subyektlərindən investisiya təkliflərinin qəbulu başa çatmışdır

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) cari ilin yanvarında uşaq qidası istehsalının təşkili, südlük cins iribuynuzlu heyvandarlıq komplekslərinin yaradılması, müasir standartlara cavab verən kiçik və ya orta həcmli üzüm emalı müəssisələrinin yaradılması üzrə investisiya layihələrinin güzəştli qaydada maliyyələşdirilməsi məqsədi ilə sahibkarlıq subyektlərindən təkliflərin qəbulunu elan etmişdi.
SKMF-yə təqdim edilmiş təklif zərfləri aprelin 3-də sahibkarların, müvəkkil kredit təşkilatlarının və kütləvi informasiya vasitələrinin iştirakı ilə açılmışdır.
Təkliflərin daxil olunmağa başlandığı müddətdən sahibkarlıq subyektləri tərəfindən uşaq qidası istehsalının təşkili üzrə 3, südlük cins iribuynuzlu heyvandarlıq komplekslərinin yaradılması üzrə 8, kiçik və ya orta həcmli üzüm emalı müəssisələrinin yaradılması üzrə 5, ümumilikdə 16 təklif verilmişdir.
Qurumun icraçı direktoru Şirzad Abdullayev investisiya təkliflərinin "Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitinin istifadəsi Qaydaları"na uyğun olaraq araşdırılacağını və aprelin 15-də fond tərəfindən sahibkarların iştirakı ilə güzəştli qaydada maliyyələşdiriləcək layihələrin elan ediləcəyini bildirmişdir. İnvestisiya layihələrinin ən azı 30 faizi sahibkarların vəsaiti, qalan hissəsi isə SKMF-nin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəkdir. Bununla belə investisiya layihələrinin reallaşdırılmasında Azərbaycan İnvestisiya Şirkəti və onun törəmə şirkətlərinin payçı qismində iştirakı mümkündür.
Bu istiqamətdə tədbirlərin gələcəkdə də davam etdiriləcəyini deyən Ş.Abdullayev həyata keçiriləcək layihələrin regionların inkişafında əhəmiyyətli olacağını söyləmişdir.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında