PAŞA Bankın maliyyə fəaliyyətinin nəticələri və perspektivlərinə həsr olunmuş mətbuat konfransı

Dünən Hyatt Reygensi otelinin "Şuşa" zalında PAŞA Bankın 2009-cu il üçün maliyyə fəaliyyətinin nəticələri və qarşıda duran perspektivlərə həsr olunmuş mətbuat konfransı keçirildi. Tədbiri PAŞA Bankın idarə heyətinin sədri Fərid Axundov açaraq bildirdi ki, rəhbərlik etdiyi qurum 126,570 min manata çatan ümumi kapital ilə ölkəmizdə iri kommersiya banklarından biri kimi öz mövqeyini qoruyub saxlamışdır. Aktivlər portfelinin diversifikasiyasına istiqamətlənmiş strateji qərarın nəticəsi olaraq, bank müştərilərə göstərilən xidmətlərin balansını saxlamağa nail olmuşdur. 2009-cu ilin sonuna PAŞA Bankın ümumi aktivləri 306,433 min manata çatmışdır ki, bu da 2008-ci il illə müqayisədə 55% artım deməkdir.
2008-ci il illə müqayisədə bankın xalis mənfəəti 2009-cu ildə 49 faizə qalxmış və 16,059 min manata çatmışdır ki, bu da bankın kapitallaşmasını artırmağa imkan vermişdir. 2009-cu ilin nəticələrinə görə PAŞA Bank Azərbaycanın beş ən mənfəətli bankları sırasına daxildir.
Digər çıxış edənlər bankın maliyyə göstəriciləri ilə jurnalistləri daha ətraflı tanış etdilər. Qeyd olundu ki, ötən maliyyə ilində qeyri-faiz gəliri 2,3 dəfə artdığı və 2,639 min manat təşkil etdiyi halda bankın faizli gəliri 24,384 min manat olmuşdur. Beynəlxalq maliyyə institutları ilə aparılmış danışıqların nəticəsində PAŞA Bank korporativ müştərilərinə daha böyük miqdarda kommersiya maliyyə xidmətləri göstərə bilmişdir. Bir il ərzində ticarətin maliyyələşdirilməsi portfeli təxminən 2,6 dəfə artaraq - 2008-ci ildə 10 milyon manatdan 2009-cu ildə 25,614 min manatadək yüksəlmişdir.
Ümumiyyətlə, 2009-cu il PAŞA Bank üçün beynəlxalq biznesə cəlb edilmiş korporativ müştərilərə bir çox sahələrdə xidmət göstərən və bankın mövqeyinin korporativ qurum kimi möhkəmlənməsinə yönələn birinci strateji mərhələnin başa çatması ili kimi əlamətdardır. Başa çatmış müddət ərzində bank, ölçülərindən asılı olmayaraq, şəffaf və sabit rəhbərliyi olan şirkət üçün güclü partnyor kimi bankçılıq bazarında öz yerini tutmuşdur.
PAŞA Bank Azərbaycan bazarında, o cümlədən beynəlxalq maliyyə institutları və xarici banklar ilə layihənin və ticarətin maliyyələşdirilməsi üzrə əməkdaşlıq çərçivəsində yeni müasir məhsulları və xidmətləri təqdim etmək niyyətindədir. 2010-cu ilin sonuna qədər sənədli əməliyyatlar üzrə portfelin 2 dəfə, yəni 60 milyon manata qədər artırılması planlaşdırılır ki, bu da kiçik və orta biznes subyektlərinin mövcud və potensial müştəriləri üçün yeni imkanlar yaradacaqdır.
2010-cu ilin nəticələrinə görə PAŞA Bankın kredit portfelinin ümumi aktivlərin 40-45%-ə qədər artacağı proqnozlaşdırılır.
Bankın xidmətlərindən regional miqyasda istifadə olunmasını asanlaşdırmaq məqsədilə PAŞA Bankın inkişaf strategiyasına əsasən Azərbaycanın əsas regionlarında - Gəncə-Qazax, Zaqatala, Quba-Xaçmaz və Masallı-Lənkəran filiallarının açılmasını nəzərdə tutulur.
Hazırda PAŞA Bankın mərkəzi ofisi, həmçinin Bridge Plaza və Shuvelan Park ticarət mərkəzlərində bölmələri vardır. Bundan başqa, ilin sonunadək Bakıda Port Baku ticarət mərkəzində filialın açılması planlaşdırılır.
Tədbirin sonunda bankın rəhbərliyi jurnalistləri maraqlandıran suallara cavab verdilər.

{nl}

Qabil YUSİFOĞLU, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında