Şərur rayonunun Zeyvə kəndində yeni quşçuluq təsərrüfatı yaradılmışdır

Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı ilə bağlı təsdiq olunmuş Dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin uğurlu icrası iqtisadiyyatın inkişafına öz təsirini göstərmiş, nəticədə, çoxşaxəli iqtisadiyyat formalaşmış, makroiqtisadi sabitlik təmin olunmuş, sahibkarlıq fəaliyyəti genişləndirilmiş, yeni müəssisələr və iş yerləri yaranmışdır.

Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı ilə bağlı təsdiq olunmuş Dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin uğurlu icrası iqtisadiyyatın inkişafına öz təsirini göstərmiş, nəticədə, çoxşaxəli iqtisadiyyat formalaşmış, makroiqtisadi sabitlik təmin olunmuş, sahibkarlıq fəaliyyəti genişləndirilmiş, yeni müəssisələr və iş yerləri yaranmışdır.

Belə istehsal müəssisələrindən biri də Şərur rayonunun Zeyvə kəndində yaradılan quşçuluq təsərrüfatıdır.

Dekabrın 27-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Zeyvə kəndinə gəlmiş, quşçuluq təsərrüfatının fəaliyyəti ilə maraqlanmışdır.

“Məmmədtağı” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Məmməd Tağıyev məlumat vermişdir ki, müəssisə 7 hektarlıq geniş bir ərazini əhatə edir. İstehsal sahəsində Türkiyə, İtaliya, İsrail və Tailand mənşəli müasir avadanlıqlar quraşdırılmış, müəssisənin yaradılmasına 1,2 milyon manat vəsait sərf olunmuşdur. Yaradılan şərait ay ərzində 60 ton quş əti və gündəlik 30 min yumurta istehsal etməyə imkan verir. Müəssisədə ayrıca kəsim sexi, ümumi tutumu 113 ton olan 3 soyuducu anbar, laboratoriya, yem anbarı, yeməkxana, baytar və digər iş otaqları yaradılmışdır. Müəssisə üçün damazlıq cücələr Naxçıvan şəhərində fəaliyyət göstərən  “Araz-3" Məhdud Məsuliyyətli Cəmiyyətindən alınır. Hazırda burada 35 min cücə bəslənilir.

Baxış zamanı qeyd olunmuşdur ki, muxtar respublikada özəl sektorun dəstəklənməsi, güzəştli şərtlərlə dövlət maliyyə dəstəyinin göstərilməsi, daxili bazarda haqsız rəqabətə qarşı mübarizə və antiinhisar tədbirlərinin gücləndirilməsi sahibkarlıq fəaliyyəti sahəsində münbit şərait yaratmışdır. Sahibkarlıq subyektlərinin sayının artması, onlar üçün kreditlərin verilməsi yeni iş yerlərinin açılmasına və əhalinin məşğulluq səviyyəsinə də müsbət təsir göstərmiş, bu müəssisənin istifadəyə verilməsi ilə daha 60 yeni iş yeri açılmışdır.

İstehsal sahələrində avtomatik rejimdə işləyən havalandırma və istilik sistemləri quraşdırılmış, enerji fasiləsinin qarşısını almaq üçün ayrıca generator qoyulmuşdur. Müəyyən olunmuş qrafikə əsasən, istehsal sahələrində dezinfeksiya işləri aparılır. “Şərur Broyler” ticarət nişanı ilə satışa çıxarılan məhsulların pərakəndə ticarət obyektlərinə çatdırılması üçün nəqliyyat vasitəsi də vardır. Bu müəssisə muxtar respublikada əhalinin quş ətinə olan tələbatının ödənilməsində, idxaldan asılılığın aradan qaldırılmasında mühüm rol oynayacaqdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında