Yanvar-may aylarında sənayenin artımı 4,3 faiz olmuşdur

Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi məlumat verir ki, ölkə iqtisadiyyatı üçün xüsusi əhəmiyyətə malik sənayedə təsərrüfat subyektləri tərəfindən istehsal olunmuş mal və xidmətlərin həcmi əvvəlki ilin yanvar-may ayları ilə müqayisədə 4,3 faiz artaraq 12,1 milyard manat təşkil etmişdir.
Beş ayda mühüm sənaye məhsullarından xam neftin hasilatı 21,1 milyon ton, əmtəəlik təbii qaz hasilatı 7,2 milyard kubmetr olmuşdur. Sənayenin qeyri-neft sahələrində istehsalın həcmi 12,7 faiz artmışdır.
Özəl bölmədə istehsalın həcmi sənaye məhsulunun 82,3 faizini təşkil etmiş, ümumi istehsalın 93,6 faizi sənaye mallarının (əmtəələrin), 6,4 faizi isə sənaye xarakterli xidmətlərin istehsalı hesabına yaranmışdır. Məhsulun 78,1 faizi mədənçıxarma bölməsində, 16,6 faizi emal bölməsində, 4,8 faizi elektrik enerjisi, qaz, buxar və kondisiyalaşdırılmış hava ilə təchizat bölməsində, 0,5 faizi isə su təchizatı, çirkli suların və tullantıların təmizlənməsi bölməsində istehsal olunmuşdur. Sənaye məhsullarının böyük əksəriyyəti istehlakçılara göndərilmişdir.

{nl}

T.ƏLİYEV,"Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında