"Paşa Sığorta" strateji enerji layihələri üzrə sığorta şəhadətnamələrinin yenilənməsi prosesini yekunlaşdırmışdır

"Paşa Sığorta" BP-nin "Azəri-Çıraq-Günəşli" və "Şahdəniz" layihələrinin strateji energetik riskləri, həmçinin Bakı-Tbilisi-Ceyhan və Cənubi Qafqaz boru kəmərlərinin istismarı üzrə sığorta xidməti göstərməkdə davam edir. Bu layihələr çərçivəsində "Paşa Sığorta" xarici partnyorları ilə birgə 2010/11-ci illər üçün əməliyyat riskləri, məsuliyyət, terrorizm və boru kəmərlərinin əmlak riskləri üzrə sığorta şəhadətnamələrinin yenilənməsi prosesini başa çatdırmışdır.
"Paşa Sığorta"nın BP-nin yerli sığorta tərəfdaşı seçilməsi üzrə qərar "Statoil"dan mütəxəssislərin və ABŞ-ın broker şirkəti olan Marsh-ın cəlb olunması ilə şirkətimizin əməliyyat prosedurlarının, işçi heyətinin texniki bacarıqları və maliyyə xarakteristikası ətraflı təhlil olunduqdan sonra BP-nin risk menecmenti tərəfindən 2008-ci ildə qəbul olunmuşdu. İlk iki ilin nəticələrinə görə "Paşa Sığorta"nın iş fəaliyyəti BP-nin risk menecmenti tərəfindən yüksək qiymətləndirilmiş, hazırda biz və prosesin digər iştirakçıları - layihənin operatoru BP, broker Marsh və aparıcı təkrarsığorta şirkətləri - növbəti il üçün sığorta şəhadətnamələrinin hazırlanması, razılaşdırılması və imzalanması prosesini müvəffəqiyyətlə yekunlaşdırmışıq", - "Paşa Sığorta" ASC-nin İdarə Heyətinin sədri Nofəl Rzayev məlumat verir.
"Paşa Holdinq"in tərkibində fəaliyyət göstərən "Paşa Sığorta" ASC korporativ və fərdi müştərilərə 31 sığorta növü üzrə xidmət göstərməkdədir. 20 milyon manat nizamnamə kapitalı və 28 milyon manat həcmində aktivlərin cari məcmu dəyəri ilə "Paşa Sığorta" kapitallaşma və sığorta sektorunda biznesin rentabellik göstəricilərinin səviyyəsinə görə ölkənin aparıcı sığortaçılarının ilk üçlüyünə daxildir. 2007-ci ildən "Paşa Sığorta" Şirkətinin idarəetmə sistemi ISO 9001:2000 beynəlxalq idarəetmə standartı üzrə Britaniyanın Moody agentlyi tərəfindən sertifikatlaşdırılmışdır. 2009-cu ildən "Paşa Sığorta" insan haqqlarının müdafiəsi, ətraf mühitin mühafizəsi və korrupsiya əleyhinə mübarizə üzrə BMT-nin Qlobal Saziş təşəbbüsünün (UN Global Compact Initiative) iştirakçısıdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında