Dövlət Gömrük Komitəsində Argentinanın Federal Gəlirlər üzrə Dövlət Administrasiyasının rəhbəri Rikardo Eçeqarayın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilmişdir

Dekabrın 17-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev ölkəmizdə səfərdə olan Argentina Respublikası Federal Gəlirlər üzrə Dövlət Administrasiyasının (AFİP) rəhbəri Rikardo Eçeqarayın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Dekabrın 17-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı  Aydın Əliyev ölkəmizdə səfərdə olan Argentina Respublikası Federal Gəlirlər üzrə Dövlət Administrasiyasının (AFİP) rəhbəri Rikardo Eçeqarayın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Qonaqları səmimiyyətlə salamlayan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev iki ölkə arasında mövcud əlaqələrdən söhbət açmış və qeyd etmişdir ki, bu gün davamlı iqtisadi inkişaf tempi ilə irəliləyən Azərbaycan bütün dünya dövlətləri, o cümlədən, Argentina ilə bütün sahələrdə sıx əməkdaşlıq əlaqələri yaratmaqda maraqlıdır.  

DGK sədri iki ölkənin gömrük xidmətləri arasında əlaqələrə toxunaraq, ötən ilin fevralında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi nümayəndə heyətinin Argentina Respublikasına səfərini xatırlatmış, bu səfərin sözügedən ölkənin gömrük idarəsinin fəaliyyətilə yaxından tanışlıq və əməkdaşlıq imkanlarını nəzərdən keçirmək üçün çox faydalı olduğunu bildirmişdir. DGK sədri səfər zamanı “Azərbaycan Respublikası hökuməti və Argentina Respublikası hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında” imzalanmış sazişin iki ölkənin gömrük xidmətləri arasında əlaqələrin inkişafına stimul verdiyini və beləliklə, tərəflərin inteqrasiyasının sürətləndiyini diqqətə çatdırmışdır. Buenos-Ayresdə keçirilən “Azərbaycan gömrüyü bəşəri dəyərlər prizmasından” adlı sərgini də məmnunluqla xatırlayan Komitə sədri respublikamızın Argentina ilə bütün sferalarda əlaqələrin inkişafına xüsusi önəm verdiyini vurğulamışdır.

 Ötən müddət ərzində Argentinanın bir sıra rəsmi şəxslərinin, eləcə də biznes subyektlərinin Azərbaycana işgüzar səfərlərindən də söhbət açan DGK sədri Aydın Əliyev bu səfərlərin iki ölkə arasında istər siyasi-iqtisadi, istərsə də digər mühüm əhəmiyyət kəsb edən sahələr üzrə qarşılıqlı əməkdaşlığın inkişafına bir töhfə kimi dəyərləndirmişdir.

 Səmimi qəbula və yüksək qonaqpərvərliyə görə Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevə təşəkkür edən Argentina Respublikası Federal Gəlirlər üzrə Dövlət Administrasiyasının rəhbəri Rikardo Eçeqaray Azərbaycana ilk dəfə səfərə gəldiyini və burada az müddətdə böyük təəssüratlar əldə etdiyini vurğulayaraq, həqiqətən ölkədə iqtisadi tərəqqinin şahidi olduğunu bildirmişdir.

Argentina hökumətinin Azərbaycanla əməkdaşlığa çox böyük önəm verdiyini bildirən Rikardo Eçeqaray iki ölkə arasındakı münasibətlərin hazırkı durumundan, bu sahədə perspektivlərdən söhbət açmış, eləcə də Azərbaycan və Argentina gömrük xidmətləri arasında əməkdaşlığın dərinləşdirilməsi üçün qarşılıqlı fəaliyyətin, təcrübə mübadiləsinin əhəmiyyətini önə çəkmişdir. Qonaq qeyd etmişdir ki, ölkələr arasında əməkdaşlığın, o cümlədən, iqtisadi-ticari münasibətlərin inkişaf etdirilməsində gömrük xidmətlərinin də xüsusi yeri var və gömrük sistemi bu sahədə körpü rolunu oynayır.

Qarşılıqlı səfərlərin mövcud əlaqələrə yeni impuls verdiyini vurğulayan argentinalı qonaq ölkəsinin Azərbaycan Gömrük Xidmətilə əməkdaşlıqdan razılığını bildirmiş və qarşılıqlı əlaqələrin bundan sonra da davam etdiriləcəyinə əminliyini ifadə etmişdir.

 Görüşdə, eyni zamanda qarşılıqlı maraq doğuran bəzi məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

Dövlət Gömrük Komitəsinin mətbuat xidməti


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında