Suriya Azərbaycandan ildə 1-1,5 milyard kubmetr qaz almaq niyyətindədir

Bunu Bakıda iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə birgə komissiyanın birinci iclasında Suriyanın neft və təbii sərvətlər naziri bəyan etmişdir
İyunun 29-da Bakıda Azərbaycan Respublikası Hökuməti və Suriya Ərəb Respublikası Hökuməti arasında iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Birgə Komissiyanın ilk iclası işə başlamışdır.
Komissiyanın həmsədrləri Suriya tərəfdən neft və təbii sərvətlər naziri Sufyan Alao, Azərbaycan tərəfdən kənd təsərrüfatı naziri İsmət Abasovdur.
İsmət Abasov komissiyanın iclasını açaraq hər iki ölkənin əlaqələrinin tarixindən danışmış və xatırlatmışdır ki, bu əlaqələr sovetlər birliyi dövründən başlanır. Hələ o zaman ümummilli lider Heydər Əliyev Azərbaycanın rəhbəri, sonra isə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini olarkən Suriya Prezidenti Hafiz Əsədlə dostluq əlaqələri saxlamış, Azərbaycan müstəqillik qazanandan sonra bu dostluq daha da möhkəmlənmişdir. Sevindirici haldır ki, bu gün həmin əlaqələr onların layiqli davamçıları - Azərbaycan Prezidenti İlham Əliyev və Suriya Prezidenti Bəşşar əl-Əsəd tərəfindən uğurla davam etdirilir. Əlaqələrin inkişafında qarşılıqlı səfərlər zamanı imzalanmış sənədlər də mühüm əhəmiyyət kəsb edir. Ekspertlərin hazırladığı və iclasımızın yekununda imzalayacağımız protokolda iqtisadi, elmi, texniki və mədəni sahələr üzrə əməkdaşlıq nəzərdə tutulmuşdur. Bu sənəd imzalandıqdan sonra əlaqələr daha da intensivləşəcəkdir.
Sufyan Alao Suriya Prezidentinin Bakıya ötən ilin iyulunda olmuş səfərini, səfər çərçivəsində iyirmiyə yaxın sənədin imzalandığını xatırlatmışdır. Həmsədr demişdir ki, artıq həmin sazişlər yerinə yetirilir və bir il ərzində xeyli iş görülmüşdür. Birgə komissiya isə müxtəlif sahələrdə əməkdaşlığa zəmin yaradır, əlaqələri inkişaf etdirib genişləndirir. Komissiyanın müzakirəsinə çıxarılmış məsələlər hər iki ölkənin marağını əks etdirir.
Natiq baytarlıq, bitki mühafizəsi, ikiqat vergitutmanın ləğvi sahəsində əldə olunmuş razılıqları və digər əməkdaşlıq sahələrini qeyd etdikdən sonra vurğulamışdır ki, neft və qazla bağlı anlaşma memorandumu da hazırlanmışdır. Bu sahədə Azərbaycan zəngin təcrübəyə malikdir və biz bu təcrübədən yararlanmaq istəyirik. Bu ilin martında ölkəmizin Neft və Təbii Ehtiyatlar Nazirliyi ilə Azərbaycanın Sənaye və Energetika Nazirliyi arasında imzalanmış protokolda ildə 1-1,5 milyard kubmetr Azərbaycan qazının Suriyaya nəql edilməsi barədə saziş imzalanmasına razılıq verilmişdir. Suriya bu sazişin imzalanmasında maraqlıdır və komissiyanın iclası çərçivəsində qazın qiyməti, mübadilə məsələləri barədə razılığa gəlmək niyyətindəyik. Yeri gəlmişkən, bu, Azərbaycana öz qazını Suriya vasitəsilə digər ərəb ölkələrinə nəql etmək imkanı verəcəkdir.
Sonra komissiya üzvləri müxtəlif sahələrdə tərəfdaşlıq imkanlarını araşdırmış, imzalanacaq protokolu maddə-maddə müzakirə etmişlər.
İclas iyunun 30-da öz işini davam etdirəcəkdir.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında