Olli NOROYONO: Azərbaycan bizim üçün çox vacib, əhəmiyyətli ölkədir

Dünən “Park İnn” otelində Asiya İnkişaf Bankının (AİB) Azərbaycandakı nümayəndəliyi 2012-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirdi.

Dünən “Park İnn” otelində Asiya İnkişaf Bankının (AİB) Azərbaycandakı nümayəndəliyi 2012-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirdi. Tədbiri nümayəndəliyin rəhbəri Olli Noroyono açaraq cari ildə görülən işlərdən danışdı. Bildirdi ki, hər şeydən öncə Azərbaycan bizim üçün çox vacib, əhəmiyyətli ölkədir.

Nümayəndəliyin yeddi fəal kredit layihələri mövcuddur. Onların ümumi məbləği 990 milyon dollardır. Bu il 500 milyon dollar multikredit mexanizmi təsdiq etmişik. Bunun birinci tranşı 250 milyon dollar təşkil edir ki, hələlik həmin vəsaitlə bağlı saziş imzalanmayıb. Qeyd olunan vəsait Cəlilabad-Masallı avtomobil yolunun yenidən qurulması üçün nəzərdə tutulub. Ayrılan vəsaitlərin 46 faizi nəqliyyat, 16 faizi energetika, 38 faizi isə su və kanalizasiya xətlərinin yenidən qurulmasına ayrılıb. Bu il texniki yardım layihəsi də təqdim olunur. Bunun 225 min dolları yol layihələrinə, 900 min dolları isə Bakı şəhərinin nəqliyyat sektorunun inkişaf etdirilməsinə yönəldiləcək.

Cari ildə layihələrin icrasında müəyyən ləngimələr olmuşdur. Artıq bütün problemlər öz həllini tapıb və layihələr uğurla icra olunur. Hazırda yol nəqliyyat sektorunda ödənişli yollardan istifadə mexanizmi üzərində çalışırıq.

İşimizin başqa bir istiqaməti isə əməkdaşlıq etdiyimiz qurumlarda işçilərin bilik və bacarıqlarının artırılmasına şərait yaratmaq, onların beynəlxalq təcrübəyə yiyələnməsi üçün xarici ölkələrdə keçirilən konfrans və seminarlarda iştirak etmələrinə şərait yaratmaqdır. Cari ildə İqtisadi İnkişaf Nazirliyi, Nəqliyyat Nazirliyi, Sənaye və Energetika Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, “Azərenerji” ASC və başqa qurumlardan 64 nəfərin belə tədbirlərdə iştirakını təmin etmişik.

Nümayəndəliyin gələcək planlarından danışan O.Noroyono ölkəmiz üçün tərəfdaşlıq planlarının hazırlandığını dedi. Qeyd olundu ki, beş illik strateji fəaliyyət planı hazırlanıb. 2013-2017-ci illəri əhatə edəcək sənəd gələn ilin əvvəllərində Azərbaycan höküməti ilə razılaşdırıldıqdan sonra təsdiq olunacaq. Hazırda isə 2012-2014-cü illəri əhatə edən fəaliyyət planı icra edilir. Həmin plana görə 2012-ci ildə 250 milyon dollar, 2013-cü ildə 155 milyon dollar, 2014-cü ildə isə 175 milyon dollarlıq layihələrin maliyyələşdirilməsi nəzərdə tutulur. Bundan əlavə, qeyd olunan dövrdə 3,2 milyon dollar məbləğində texniki yardım layihələri icra ediləcək.

Gəncə dolama yolunun və elektrik ötürücü xətlərinin yenidən qurulması layihələri bu ilin sonunadək başa çatacaq.

Sonra Asiya İnkişaf Bankının Azərbaycandakı nümayəndəliyinin başçısı jurnalistləri maraqlandıran suallara cavab verdi.

Axırda Asiya İnkişaf Bankının Azərbaycan nümayəndəliyinin jurnalistlər arasında elan etdiyi “Su təhlükəsizliyinin artırılması” mövzusunda müsabiqənin nəticələri açıqlandı və mükafatlar təqdim edildi.

Qabil YUSİFOĞLU,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında