Azərbaycanın maliyyə naziri İranın və Qətər dövlətinin maliyyə nazirləri ilə görüşmüşdür

Azərbaycanın maliyyə naziri Samir Şərifov İslam İnkişaf Bankı Qrupunun Bakıda keçirilən 35-ci illik toplantısı çərçivəsində İran İslam Respublikasının maliyyə naziri Seyid Şəmsəddin Hüseyni və Qətər Dövlətinin maliyyə naziri Yusif Hüseyn Kamal ilə görüşmüşdür.
Görüşdə Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən iqtisadi islahatlar, qlobal iqtisadi və maliyyə böhranının milli iqtisadiyyata təsirinin azaldılması istiqamətində həyata keçirilən siyasət nəticəsində ölkənin bu böhrandan uğurla çıxdığı qeyd olunmuşdur. İnvestisiya qoyuluşları, dövlət xərclərinin səmərəliliyinin artırılması, qarşılıqlı iqtisadi münasibətlərin qurulması və istiqamətlərinin müəyyən edilməsi barədə fikir mübadiləsi aparılmışdır.
Nazirlər ölkələrimiz arasında maliyyə və bank sektorunda, sığorta və birja fəaliyyəti sahələrində qarşılıqlı əməkdaşlığın, təcrübə mübadiləsinin inkişaf etdirilməsinin perspektivlərini də müzakirə etmişlər.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında