Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi mətbuat xidmətinin məlumatı

Son günlər Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutuna (RATİ) və “Turan” İnformasiya Agentliyinə istinadən bəzi kütləvi informasiya vasitələrində guya bir qrup jurnalistin və Azərbaycan Respublikası vətəndaşı Qurbanov Məmməd Məmməd oğlunun Sədərək Gömrük İdarəsində hücuma məruz qalması ilə bağlı əsassız, yalan və böhtan dolu məlumatlar yer almaqdadır.

Son günlər Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutuna (RATİ)  və “Turan” İnformasiya Agentliyinə istinadən bəzi kütləvi informasiya vasitələrində guya bir qrup jurnalistin və Azərbaycan Respublikası vətəndaşı Qurbanov Məmməd Məmməd oğlunun Sədərək Gömrük İdarəsində hücuma məruz qalması ilə bağlı əsassız, yalan və böhtan dolu məlumatlar yer almaqdadır.

Yayılmış əsassız məlumatlara cavab olaraq Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin mətbuat xidməti bildirir ki,  vətəndaş Məmməd Qurbanov bundan öncə də dəfələrlə gömrük qayda və qanunlarını pozmaqla özünə asan qazanc yolu açmağa çalışmışdır.

2012-ci il dekabrın 8-də Naxçıvan şəhər sakini Məmmədov Nadir Əli oğlunun Türkiyə Respublikasından gətirdiyi 2510 kiloqram süd və süd məhsulları, 100 kiloqram müxtəlif qənnadı məhsulu, 400 kiloqram dondurulmuş balıq, 70 kiloqram kartofa görə qanunvericiliyə əsasən müvafiq müşayiət sənədləri (bağlanmış müqavilə, malın mənşəyini təsdiq edən sənəd, malın fitosanitar sertifikatı, malın uyğunluq sertifikatı, malın baytarlıq sertifikatı) tələb olunmuş, bu sənədlərin heç biri təqdim olunmadığından malların buraxılışına icazə verilməmişdir.  Bu səbəbdən qeyd olunan mallar müvəqqəti saxlanca götürülmüşdür. Bundan sonra vətəndaş Məmməd Qurbanov özlərini jurnalist və hüquq müdafiəçisi hesab edən Elman Abbasov və İlqar Nəsibovla birgə Sədərək Gömrük İdarəsinə gəlmişlər. Daha sonra daşıyıcı Məmmədov Nadir Əli oğlunun vətəndaş Məmməd Qurbanovun yaxın qohumu - kürəkəni olduğu ortaya çıxmışdır. Qanunvericiliyin tələblərinə məhəl qoymayan mal sahibləri gömrük orqanının vəzifəli şəxslərinə qarşı nalayiq hərəkətlər etmiş, idarənin gömrük sahəsində hüquqpozmalara qarşı mübarizə və yük şöbələri əməkdaşlarının üzərinə bıçaq çəkmiş, yaranmış insident nəticəsində həmin vaxt gömrük nəzarəti zonasında fəhlə işləyən Mahmudov Siyafər Xudakərim oğlu əlindən bıçaq xəsarəti almışdır. Faktla bağlı aidiyyəti üzrə cinayət işi başlanmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında