Əmanətlərin qaytarılması: 1 milyon 256 min 817 əmanət hesabı üzrə ödəniş həyata keçirilmişdir

Keçmiş SSRİ Əmanət Bankının əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi prosesinə 2012-ci il iyunun 1-dən başlanıb. Ödəmələrin verilməsi “Kapital Bank” Açıq Səhmdar Cəmiyyəti və onun filialları vasitəsilə həyata keçirilir.

 

Keçmiş SSRİ Əmanət Bankının əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi prosesinə 2012-ci il iyunun 1-dən başlanıb. Ödəmələrin verilməsi “Kapital Bank” Açıq Səhmdar Cəmiyyəti və onun filialları vasitəsilə həyata keçirilir.

“Media forum” saytına məlumat verən Maliyyə Nazirliyinin mətbuat katibi bildirmişdir ki, Azərbaycanda 2 milyon 400 min şəxsi hesab var: “İyunun 1-dən dekabrın 1-nə kimi “Kapital Bank” Açıq Səhmdar Cəmiyyəti 1 milyon 256 min 817 əmanət hesabı üzrə fərdi birdəfəlik ödəniş həyata keçirib”.

Mais Piriyev əlavə edib ki, ərizələrin qəbulu dekabrın 31-də başa çatır: “Maliyyə Nazirliyi əmanətçiləri həmin müddətədək ərizə və sənədlərini “Kapital Bank”ın şöbə və məntəqələrinə təqdim etməyə çağırır. Ərizələrin qəbulu istirahət günləri olan 29, 30 və 31 dekabrda da həyata keçiriləcək”.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında