“Aqrar iqtisadiyyatın aktual problemləri” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilir

Bakıda “Aqrar iqtisadiyyatın aktual problemləri ” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilir. Bu münasibətlə ölkəmizdə səfərdə olan MDB ölkələrinin kənd təsərrüfatı sahəsində elmi mərkəzlərin rəhbərləri və tanınmış alimləri əvvəlcə Fəxri Xiyabana gələrək ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil və gül dəstələri qoymuşlar.

Bakıda “Aqrar iqtisadiyyatın aktual problemləri ” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilir. Bu münasibətlə ölkəmizdə səfərdə olan MDB ölkələrinin kənd təsərrüfatı sahəsində elmi mərkəzlərin rəhbərləri və tanınmış alimləri əvvəlcə Fəxri Xiyabana gələrək ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil və gül dəstələri qoymuşlar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunmuş, məzarı üzərinə tər çiçəklər düzülmüşdür.

Rusiya Federasiyasının Dağıstan Respublikasından gəlmiş qonaqlar görkəmli dövlət xadimi Əziz Əliyevi də ziyarət etmiş, məzarı önünə gül dəstələri qoymuşlar.

Sonra beynəlxalq konfrans  50 illik yubileyi qeyd edilən Azərbaycan Elmi-Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutunun kollektivinin iştirakı ilə davam etdirilmişdir. Tədbirdə çıxış edən institutun direktoru, professor Sadıq Salahov rəhbərlik etdiyi təşkilatın ötən 50 ildə keçdiyi şərəfli yoldan söz açmışdır. Natiq bildirmişdir ki, beynəlxalq konfransda əsasən aqrar sahədə müasir dövrdə baş verən dəyişikliklər, bu sahədəki  problemlərin həlli və kənd təsərrüfatının qarşısında duran vəzifələr müzakirə obyekti olacaqdır. Müstəqillik illərində bazar iqtisadiyyatına keçmiş  Azərbaycan üçün digər inkişaf etmiş ölkələrlə təcrübə mübadiləsinə daim ehtiyac duyulur və bu baxımdan konfransın əhəmiyyəti çox böyükdür. 

Kənd təsərrüfatı nazirinin müavini Bəhrəm Əliyev respublikamızda aqrar sektorun inkişafı sahəsində əlverişli mühitin olduğunu vurğulamışdır. Qeyd edilmişdir ki, bazar iqtisadiyyatına keçiddən sonra ölkəmizdə iqtisadiyyatın bütün sahələrində olduğu kimi, kənd təsərrüfatında da mühüm islahatlar həyata keçirilmiş, ərzaq təhlükəsizliyi ilə bağlı proqram qəbul edilmişdir. Hazırda bu proqram uğurla icra olunur.

Qazaxıstan Elmi -Tədqiqat İnstitutunun baş direktoru, iqtisad elmləri doktoru Altınbek Moldaşev isə “Qazaxıstanın aqrar iqtisadiyyatının aktual problemi” mövzusunda məruzə etmişdir. Alim diqqətə çatdırmışdır ki, respublikanın ərzaq təhlükəsizliyi ilə bağlı məsələlər dövlətin prioritet vəzifələrindəndir. Qazaxıstan 2020 -ci ilədək bu problemi öz daxili imkanları hesabına həll etmək niyyətindədir.

Qazaxıstanlı qonaq institutun kollektivini yubiley münasibətilə təbrik etmiş onlara yaradıcılıq işlərində uğurlar arzulamışdır. Ölkələr arasında təcrübə mübadiləsinin perspektivlərindən danışan məruzəçi Azərbaycan iqtisadiyyatının sürətlə inkişaf etdiyini nəzərə çatdırmış, xüsusilə də kənd təsərrüfatının dirçəlişi istiqamətində dövlət siyasətini yüksək qiymətləndirmişdir.

Konfransda çıxış edən Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, akademik Asəf Nadirov və digəriləri  ölkəmizin kənd təsərrüfatının inkişafı sahəsində böyük nailiyyətlər qazanmış institut alimlərinin və mütəxəssislərinin fəaliyyətini təqdir etmişlər.

Vurğulanmışdır ki, Azərbaycanda əhalinin etibarlı ərzaq təminatı daim dövlətin iqtisadi siyasətinin başlıca istiqamətlərindən olmuşdur. Ümummilli liderimiz Heydər Əliyev Azərbaycanın daxili imkanları hesabına əsas ərzaq məhsulları ilə təminatına böyük önəm vermiş və bu istiqamətdə məqsədyönlü tədbirlər görülmüşdür. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə ötən əsrin 90-cı illərində MDB məkanında ilk olaraq Azərbaycanda torpaq islahatlarının aparılması, kənd təsərrüfatı istehsalçılarına yardım mexanizmlərinin formalaşdırılması, beynəlxalq təşkilatlarla bu sahədə əhəmiyyətli layihələrin həyata keçirilməsi nəticəsində ölkədə kənd təsərrüfatı və ərzaq məhsullarının artırılmasına nail olunmuşdur.

Bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Qlobal iqtisadi sistemə səmərəli inteqrasiya yolunu seçmiş və davamlı sosial-iqtisadi inkişaf mərhələsinə qədəm qoymuş ölkəmizdə ərzaq təhlükəsizliyi probleminə kompleks yanaşma nəticəsində Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 25 avqust tarixli sərəncamı ilə “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” qəbul olunmuşdur. Dövlət Proqramında əkinə yararlı torpaq sahələrindən səmərəli istifadə olunması, kənd təsərrüfatının bütün sahələrinin inkişaf etdirilməsi üzrə nəzərdə tutulmuş tədbirlərin uğurla həyata keçirilməsi ölkədə ərzaq məhsullarının istehsalında artıma və hər bir ölkə vətəndaşının keyfiyyətli və təhlükəsiz ərzaq məhsullarına tələbatının tam ödənilməsinə şərait yaradır.

Rusiya, Belarus, Ukrayna, Qazaxıstan və digər ölkələrin nümayəndələrinin iştirak etdiyi konfrans dekabrın 7-də  başa çatacaqdır.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında