Sədərək kəndində ticarət, xidmət mərkəzi və bazar kompleksi istifadəyə verilmişdir

Naxçıvan Muxtar Respublikasının Sədərək kəndində yeni ticarət, xidmət mərkəzi və bazar kompleksi istifadəyə verilmişdir.

Naxçıvan Muxtar Respublikasının Sədərək kəndində yeni ticarət, xidmət mərkəzi və bazar kompleksi istifadəyə verilmişdir.

Bu münasibətlə keçirilən mərasimdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Sədərək rayonunda həyata keçirilən quruculuq işləri münasibətilə sakinləri təbrik edərək demişdir: “Bu gün ölkəmizin sosial-iqtisadi inkişafı, həyata keçirilən quruculuq və abadlıq işləri Sədərək rayonunun timsalında da aydın görünür. Sədərək rayonu yarandıqdan bu günədək rayonda quruculuq işləri ardıcıl şəkildə həyata keçirilmiş, Sədərək inkişaf edən bir rayon kimi formalaşmışdır. Burada dövlət orqanlarının fəaliyyəti üçün lazımi şərait yaradılmış, xidmət sahələrinin inkişafına diqqət artırılmış, sosial infrastruktur yenilənmişdir. Bir sözlə, sərhəd rayonu olan Sədərək dövlətimizin diqqət və qayğısı nəticəsində yeni inkişaf mərhələsinə yüksəlmişdir”.

Ali Məclisin sədri demişdir ki, Sədərək rayonunda kənd təsərrüfatının, sahibkarlığın inkişafına lazımi dövlət maliyyə dəstəyi göstərilir, güzəştli şərtlərlə kreditlər verilir, məhsul istehsalı və satışı üçün münbit şərait yaradılır. Bu da rayonun sosial-iqtisadi inkişafı ilə yanaşı, həm də sakinlərin sosial-rifah halının yüksəldilməsinə səbəb olur. Bu istiqamətdə görülən işlərin də başlıca məqsədi sərhəd rayonunda insanların yaşayışı, məskunlaşması və onların rahatlığının təmin olunmasından ibarətdir.

Ali Məclisin sədri rayonun inkişafına göstərilən dövlət qayğısının bundan sonra da davam etdiriləcəyini bildirmişdir.

Açılışı bildirən lent kəsildikdən sonra ticarət, xidmət mərkəzi və bazar kompleksinə baxış olmuşdur.

Məlumat verilmişdir ki, ticarət mərkəzində 2 ət satışı yeri, 2 əczaxana, 4 sənaye, 32 ərzaq, 6 təsərrüfat malları, 4 məişət cihazlarının satışı, mebel və geyim mağazaları, baytarlıq apteki yerləşir.

Kompleksin bazar hissəsinin sahəsi 144 kvadratmetrdir. Burada, əsasən, kənd təsərrüfatı məhsullarının satışı həyata keçirilir. Bunun üçün 24 yer ayrılmışdır.

Kompleksdə yerləşən xidmət mərkəzində 6 bərbərxana, dərzi sexi, çörək mağazası və fotoçəkiliş studiyası fəaliyyət göstərəcəkdir. Kompleksin ərazisində ayrıca çay evi və firma mağazası da yaradılmış, bankomat quraşdırılmışdır.

Ali Məclisin sədri ticarət mərkəzində və bazarda ayrı-ayrı mağazalara baxmış, satılan malların keyfiyyəti və göstərilən xidmətin səviyyəsi ilə maraqlanmışdır. Bildirilmişdir ki, obyektlərdə yerli kənd təsərrüfatı və sənaye məhsullarının satışına daha çox üstünlük verilir. Ticarət mərkəzində istehlakçıların gündəlik tələbatı nəzərə alınır, onlara yüksək səviyyədə xidmət göstərilir.

Kompleksin ərazisi abadlaşdırılmış, ağac və gül kolları əkilmiş, işıqlandırma sistemləri qurulmuş, asfalt yol çəkilmişdir.

Ticarət, xidmət mərkəzi və bazar kompleksində hazırda 100 nəfər işləyir.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında