"PAŞA Həyat Sığorta" cari ili uğurla başa vurur

Dünən "PAŞA Həyat Sığorta" şirkətində cari ilin yanvar-oktyabr aylarının yekunlarına həsr olunmuş mətbuat konfransı keçirildi.Tədbiri "PAŞA Həyat Sığorta" ASC-nin İdarə Heyətinin sədr müavini Niyaz İsmayılov açdı. Bildirildi ki, "PAŞA Həyat Sığorta" şirkəti 24 noyabr 2010-cu ildə Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınaraq, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 14 fevral 2011-ci il tarixli lisenziyası əsasında həyat sığortası növü üzrə xidmətlər həyata keçirir. 
Təsis olunduğu zaman "PAŞA Həyat Sığorta" ASC-nin nizamnamə kapitalı 7 milyon manat olub. Fəaliyyətinin biri ili ərizndə "PAŞA Həyat Sığorta" şirkətinin nizamnamə kapitalı iki dəfədən çox artırılaraq 15,050 milyon manata çatdırılıb.
Bundan başqa, cari ilin yanvar-oktyabr aylarında şirkət tərəfindən sığorta hadisələri üzrə 252 min manata yaxın sığorta ödənişi həyata keçirilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 3 dəfə çoxdur.
Qeyd olunan dövr ərzində könüllü sığorta növləri üzrə ödənilən vəsaitlərin həcmi 88,627 min manat, icbari sığorta üzrə verilən ödənişlərin həcmi isə 163 min manatdan çox olub. Göründüyü kimi, məcmu ödənişlərdə könüllü sığorta növlərinin payı 35 faiz, icbari sığorta növünün payı isə 65 faiz təşkil edib.
Bununla yanaşı, son bir il ərzində şirkətin topladığı sığorta haqlarının həcmində də ciddi artım müşahidə olunub. Belə ki, bu ilin 10 ayında şirkət tərəfindən toplanılan sığorta haqlarının həcmi 2011-ci ilin 10 ayı ilə müqayisədə 4,936 milyon manat və ya 66 faiz artaraq 12,459 milyon manata çatıb.
Bu dövr ərzində könüllü sığorta növləri üzrə yığımların həcmi 3,691 milyon manat, icbari sığorta növləri üzrə 8,768 milyon manat təşkil edib. Məcmu yığımlarda könüllü sığorta növlərinin xüsusi çəkisi 30 faiz, icbari sığorta növlərinin payı isə 70 faiz olub. Xüsusilə qeyd olunmalıdır ki, son bir il ərzində könüllü sığorta növlərinin ümumi sığorta haqqlarındakı payı durmadan artmaqdadır.
Eyni zamanda o da vurğulandı ki, növbəti il ərzində şirkət tərəfindən bazara yeni sığorta məhsullarının da təqdim edilməsi planlaşdırılır. Hazırda bu istiqamətdə işlər davam etdirilir.
Hazırda şirkətin Sumqayıt şəhərində bir nümayəndəliyi fəaliyyət göstərir. Gələn il Gəncə şəhərində növbəti nümayəndəliyin açılması nəzərdə tutulur.
Növbəti ildə qarşıda duran əsas vəzifələrdən biri də sığorta agentlərini artıraraq sayını 50-yə çatdırmaqdır. Həmçinin 2013-cü ildə şirkətin nizamnamə kapitalının 5 milyon manat artırılması nəzərdə tutulur.
Sonda N.İsmayılov jurnalistləri maraqlandıran suallara cavab verdi.

{nl}

Qabil YUSİFOĞLU, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında