Azərbaycan ilə Serbiya arasında Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 2-ci iclasının yekunlarına dair Protokol imzalanmışdır

Noyabrın 27-də Bakıda Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 2-ci iclası keçirilmişdir.
Azərbaycan tərəfindən iqtisadi inkişaf naziri Şahin Mustafayevin rəhbərlik etdiyi Hökumətlərarası Komissiyaya müvafiq dövlət qurumlarının yüksək vəzifəli rəsmiləri daxildir.
Serbiya tərəfi isə iclasda Baş nazirin müavini, xarici və daxili ticarət və telekommunikasiyalar naziri Rasim Lyayiçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunmuşdur.
İqtisadi inkişaf naziri Şahin Mustafayev iki ölkə arasında qarşılıqlı hörmət və etibarlı tərəfdaşlıq prinsiplərinə əsaslanan dostluq münasibətlərinin formalaşdığını, iqtisadi-ticarət əlaqələrinin daha da genişləndirilməsi üçün əlverişli siyasi zəminin olduğunu qeyd etmişdir. Azərbaycan ilə Serbiya arasında siyasi əlaqələr dinamik inkişaf etməkdədir və bu sahədə qarşılıqlı rəsmi səfərlər böyük rol oynayır. Ölkələrimiz arasında əməkdaşlığın möhkəm hüquq-müqavilə bazası mövcuddur. İkitərəfli əməkdaşlığın mühüm istiqamətlərindən olan ticarət sahəsində əlaqələrin inkişafına böyük önəm verilir. 2012-ci ilin yanvar-sentyabr aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə iki ölkə arasında ticarət dövriyyəsi 15 dəfə artsa da, bu sahədə daha yüksək nəticəyə nail olmaq üçün geniş imkanlar vardır. Azərbaycanın investisiya ixracatçısına çevrildiyini vurğulayan nazir Şahin Mustafayev Serbiyanın bu sahədə əməkdaşlıq edilən ölkələrdən olduğunu bildirmişdir.
Hökumətlərarası Komissiyanın yaradılmasının ölkələrimiz arasında əməkdaşlığın inkişafına göstərilən yüksək diqqətin, qarşılıqlı marağın göstəricisi olduğunu qeyd edən nazir Şahin Mustafayev Hökumətlərarası Komissiyanın 1-ci iclasından ötən dövr ərzində hüquqi bazanın, ticarət və investisiya əməkdaşlığının daha da genişləndirilməsi istiqamətində görülmüş işlər barədə məlumat vermişdir. Qeyd edilmişdir ki, Azərbaycan və Serbiya infrastruktur obyektlərinin tikintisi, kənd təsərrüfatı, səhiyyə, təhsil, İKT, maliyyə, enerji, ətraf mühit, turizm, bir sıra sənaye sahələri üzrə əməkdaşlıq edə, mövcud əlaqələri daha da genişləndirə bilərlər.
Nazir Şahin Mustafayev Azərbaycan iqtisadiyyatı və qazanılmış nailiyyətlər barədə də məlumat vermişdir.
Serbiyanın Baş nazirinin müavini, xarici və daxili ticarət və telekommunikasiyalar naziri, Hökumətlərarası Komissiyanın həmsədri Rasim Lyayiç ölkəsinin Azərbaycan ilə əlaqələrə böyük əhəmiyyət verdiyini və əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu bildirmişdir.
İclasda ticarət, qarşılıqlı investisiya qoyuluşu, sənaye, kənd təsərrüfatı, tikinti, informasiya-kommunikasiya texnologiyaları, turizm, 3-cü bazarlara birgə çıxış imkanı, maliyyə və bank, səhiyyə, təhsil, mədəniyyət, ətraf mühitin mühafizəsi və digər sahələrə dair müzakirələr aparılmışdır.
Hökumətlərarası Komissiyanın üzvləri müzakirə olunan məsələlərə və iqtisadiyyatın ayrı-ayrı sahələri üzrə əməkdaşlığın genişləndirilməsinə dair fikirlərini bildirmişlər.
Sonda Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 2-ci iclasının yekunlarına dair Protokol imzalanmışdır. Sənədi komissiyanın həmsədrləri - Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri Şahin Mustafayev və Serbiyanın Baş nazirinin müavini, xarici və daxili ticarət və telekommunikasiyalar naziri Rasim Lyayiç imzalamışlar. Sənəddə müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında