Maliyyə Nazirliyi siyasi partiyalarla bağlı açıqlama yaymışdır

Noyabrın 26-da Maliyyə Nazirliyi açıqlama yayıb. "Media forum" saytının məlumatına görə, açıqlamada Nazirlər Kabinetinin 16 noyabr qərarı ilə "Siyasi partiyaların maliyyə hesabatlarının forması, məzmunu və təqdim edilmə Qaydası"nın təsdiq edildiyi xatırladılır: "Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzində siyasi partiyaların illik maliyyə hesabatlarının hazırlanması və təqdim edilməsi üzrə baş mühasiblər və ya illik maliyyə hesabatlarını tərtib edən əməkdaşlar üçün 3 gün ərzində treninq keçiriləcək. 
"Mühasibat uçotu haqqında" Qanuna uyğun olaraq siyasi partiyalar üzrə illik maliyyə hesabatları hesabat dövrü başa çatdıqdan sonra növbəti ilin aprel ayının 1-dən gec olmayaraq Maliyyə Nazirliyinə təqdim edilməlidir".
"Siyasi partiyalar haqqında" Qanundan çıxarış:
Maddə 18.Siyasi partiyaların gəlir və xərcləri
Siyasi partiyaların pul və ya pul ifadəsi olan sərvətlər şəklində əldə etdikləri vəsait onların gəliridir. Partiyanın hamılıqla qəbul olunmuş öhdəliklərdən azad edilməsi nəticəsində alınan səmərə də gəlir sayılır.
Aşağıdakılar siyasi partiyaların gəlirləri sayılır:
Üzvlük haqları;
əmlakdan götürülən gəlir;
tədbirlərdən, mətbu nəşrlərin və məqalələrin yayılmasından, gəlirlərlə bağlı olan buna
bənzər başqa fəaliyyətdən götürülən gəlir;
ianələr şəklində gəlir;
seçki kampaniyası üçün xərclərin ödənilməsi şəklində daxil olan vəsait;
aşağı təşkilatların ödəncləri;
dövlət büdcəsindən ayrılan vəsait;
borcun və ya kreditin alınmasından əldə edilmiş məbləğ;
hüquq varisliyi və ya vərəsəlik yolu ilə əldə edilmiş əmlak;
qalan gəlir.
Aşağıdakılar siyasi partiyanın xərcləri sayılır:
Cari işlərə sərf olunan vəsait;
siyasi partiyanın saxlanmasına və informasiya təminatına çəkilən xərclər;
ictimaiyyətlə əlaqələrə və seçkilərin keçirilməsinə çəkilən xərclər;
aşağı təşkilatlara ödənclər;
kreditlər üzrə faizlər;
fərdi xərclər;
qalan xərclər.
Maddə21. Maliyyə hesabatı
21.1. Siyasi partiyalar "Mühasibat uçotu haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mühasibat uçotunu aparır və maliyyə hesabatlarını tərtib edirlər.
21.2. Siyasi partiyalar tərəfindən illik maliyyə hesabatları hər il aprel ayının 1-dən gec olmayaraq müvafiq icra hakimiyyəti orqanına təqdim edilir.
21.3. Üzvlük haqqı ödəyən siyasi partiya üzvlərinin sayı maliyyə hesabatında qeyd edilir.
21.4. Siyasi partiyaların maliyyə hesabatlarının forması, məzmunu və təqdim edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
21.5. Siyasi partiyalar illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə kütləvi informasiya vasitələrində dərc etdirirlər.

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında