Dövlət Statistika Komitəsinin məlumatları

Ümumi daxili məhsul istehsalı artmışdır
2012-ci ilin on ayında ölkədə 44,2 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövründəkindən 1 faiz çox ümumi daxili məhsul istehsal edilmiş, əhalinin hər nəfərinə onun həcmi 4823,7 manat (6138,6 ABŞ dolları) olmuşdur.
Ümumi daxili məhsulun 66,7 faizi iqtisadiyyatın istehsal sahələrinin, o cümlədən 50,9 faizi sənayenin, 9,9 faizi tikintinin, 5,9 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılığın payına düşmüş, 27,0 faizi isə xidmət sahələrində yaradılmışdır. Məhsula və idxala xalis vergilər ÜDM-in 6,3 faizini təşkil etmişdir.
İqtisadiyyatın qeyri-neft sahələrində yaradılmış əlavə dəyər əvvəlki ilin eyni dövrü ilə müqayisədə 10,4 faiz artmış, onun ümumi daxili məhsulda xüsusi çəkisi 50,8 faizə çatmışdır.
Hesabat dövründə tikintidə əlavə dəyər real ifadədə 27,3 faiz, informasiya və rabitə xidmətlərində 17,2 faiz, turistlərin yerləşdirilməsi və iaşə xidmətləri sahəsində 16,2 faiz, ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə xidmətlər sahəsində 9,4 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda 5,9 faiz, nəqliyyat və anbar təsərrüfatında isə 2 faiz artmışdır.
On ayda qeyri-neft sektoru 7 faizə yaxın inkişaf etmişdir
Ölkənin sənaye sahələrində 2012-ci ilin yanvar-oktyabr aylarında 28,5 milyard manatlıq məhsul istehsal olunmuş və xidmətlər göstərilmiş, qeyri-neft sektorunda 6,8 faiz artım, neft sektorunda 5,9 faiz azalma müşahidə olunmuşdur. İstehsalın 76,1 faizi mədənçıxarma, 18,6 faizi emal, 4,8 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,5 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrində həyata keçirilmişdir. Cari ilin on ayı ərzində neft hasilatı 36 milyon ton, əmtəəlik təbii qaz hasilatı isə 14,4 milyard kubmetr təşkil etmiş, qeyri-neft bölməsinin məhsullarından qida, içki, toxuculuq, geyim, kağız və karton, poliqrafiya, rezin və plastmas məhsullarının, dəri və dəri məmulatlarının, ayaqqabıların, tikinti materiallarının, metallurgiya, hazır metal məmulatların, elektrik avadanlıqlarının, mebel, elektrik enerjisinin və s. məhsulların istehsalında daha çox artım əldə edilmişdir.
Əhalinin gəlirləri çoxalır
2012-ci ilin on ayında əhalinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 13,7 faiz artaraq 27,1 milyard manata çatmış, onun hər nəfərə düşən həcmi orta hesabla 2959,4 manat və ya ayda 295,9 manat təşkil etmişdir. Hər nəfərə düşən gəlirlərin artımı istehlak qiymətlərinin bahalaşmasını 10,9 faiz üstələyərək 12,2 faiz olmuşdur.
Gəlirlərin 63,4 faizi son istehlaka, 8,4 faizi vergilər, sosial sığorta və üzvlük haqlarının, 1,7 faizi kreditlər üzrə faizlərin ödənilməsinə, 26,5 faizi isə əmanətlərin və kapitalın artırılmasına yönəldilmişdir.
Əhalinin sərəncamında qalan gəlir 24,8 milyard manat təşkil etmiş və əvvəlki ildəkinə nisbətən 14 faiz artmışdır.
İqtisadiyyatda işləyənlərin sayı və əmək haqqının miqdarı
Cari ilin sentyabr ayında orta aylıq əmək haqqı hesablanarkən muzdlu işçilərin orta siyahı sayı 1395,3 min nəfər olmuş və onlardan 838 min nəfəri iqtisadiyyatın dövlət bölməsində, 557,3 min nəfəri isə qeyri-dövlət bölməsində fəaliyyət göstərmişdir.
Muzdla işləyənlərin 23,5 faizi təhsildə, 19,6 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində, 12,6 faizi sənayedə, 9,5 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsində, 7,5 faizi tikintidə, 5,0 faizi nəqliyyat və anbar təsərrüfatında, 3,1 faizi peşə, elmi və texniki fəaliyyət sahəsində, 3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində, 1,8 faizi informasiya və rabitə sahəsində və 14,4 faizi iqtisadiyyatın digər sahələrində məşğul olmuşlar.
Bununla yanaşı, müşahidələr göstərir ki, muzdlu işçilərin bir qismi əmək müqaviləsi bağlamadan fəaliyyət göstərir.
Yanvar-sentyabr aylarında orta aylıq nominal əmək haqqı keçən ilin müvafiq dövrünə nisbətən 8,6 faiz artaraq 388,2 manat olmuşdur. Digər fəaliyyət növləri ilə müqayisədə mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyətində, peşə, elmi və texniki fəaliyyət sahəsində, informasiya və rabitədə, tikintidə, inzibati və yardımçı xidmətlərin göstərilməsi sahəsində orta aylıq nominal əmək haqqı daha yüksək olmuşdur.
Əmək haqları ildən-ilə yüksəlir
Cari ilin yanvar-sentyabr aylarında nəqliyyat müəssisələrində işləyən 67,8 min muzdlu işçinin 74,8 faizi dövlət müəssisələrində, 25,2 faizi isə özəl bölmədə fəaliyyət göstərmişdir. İşçilərin 55 faizi yerüstü və boru kəməri, 14,7 faizi su, 7,9 faizi hava nəqliyyatı, 22,4 faizi isə köməkçi və əlavə nəqliyyat fəaliyyəti göstərən müəssisələrdə cəmləşmişdir.
2011-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə nəqliyyatçıların orta aylıq əmək haqqı 13,5 faiz artaraq 494,8 manat olmuşdur. Bu göstərici hava nəqliyyatında 982,6 manat, dəniz nəqliyyatında 689,8 manat, avtomobil nəqliyyatında 473,8 manat, dəmir yolu nəqliyyatında isə 222,2 manat təşkil etmişdir. Əmək haqqı dəniz nəqliyyatında 22,7 faiz, dəmir yolu nəqliyyatında 14,1 faiz, hava nəqliyyatında 7,4 faiz, avtomobil nəqliyyatında isə 5,7 faiz artmışdır.
İnformasiya və rabitə müəssisələrində işləyənlərin sayı 25,7 min nəfər, bir işçinin orta aylıq əmək haqqı isə 9,1 faiz artaraq 619,1 manat olmuşdur.

{nl}

T. ƏLİYEV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında