Bakıda MDB ölkələrinin V Bank Konfransı keçirilir

Noyabrın 15-də Bakıda MDB ölkələrinin "MDB-nin maliyyə bazarları: yeni imkanlar və qlobal risklər" mövzusunda V Bank Konfransı işinə başlamışdır.
MDB-nin Maliyyə-Bank Şurası və Azərbaycan Beynəlxalq Bankının (ABB) təşkilatçılığı ilə keçirilən konfransda Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev iştirak etmişdir.
İkigünlük konfransın ilk günündə ABB İdarə Heyətinin sədri Cahangir Hacıyev konfransın aktuallığından və əhəmiyyətindən danışmış, tədbirin əməkdaşlığımızın inkişafında mühüm əhəmiyyət kəsb edəcəyini diqqətə çatdırmışdır. Bildirilmişdir ki, maliyyə və iqtisadi böhran şəraitində inteqrasiya və müxtəlif layihələrin həyata keçirilməsi, problemlərin geniş müzakirəsi vacib məsələlərdəndir.
"ABB MDB ölkələrinin təsərrüfat subyektləri arasında əlaqələrin inkişafına, həmçinin MDB-nin maliyyə sahəsində fəaliyyətinə töhfəsini vermişdir" -ABB İdarə Heyətinin sədri Cahangir Hacıyev demişdir. ABB ölkənin bank bazarının risklərdən müdafiəsinə yönəldilmiş çox ciddi ölçülər götürür. Bir sıra banklar fəaliyyətini dayandıracaqdır. Amma bu, MDB banklarının ölkəyə gəlişi üçün yaxşı şərait yaradır, çünki burada yaxşı işgüzar mühit vardır.
MDB İcraiyyə Komitəsinin sədri-icraçı katib Sergey Lebedev ikitərəfli ticarət, valyuta, hesablaşma rejimlərinin təkmilləşdirilməsi məsələlərinin aktuallığını diqqətə çatdırmış, Azərbaycanın inteqrasiya proseslərində mühüm rol oynadığını vurğulamışdır. Qeyd etmişdir ki, bir sıra irimiqyaslı inteqrasiya təşkilatlarının yaradılması, Avropada maliyyə böhranının davam etməsi, likvidliyin azalması ilə bağlı müəyyən problemlər ortaya çıxır. Bildirilmişdir ki, islam bankçılığı kimi yeni alətlərin istifadəsi, milli valyutaların hesablaşmalarda istifadə edilməsi çox vacibdir. İslam bankçılığı önəmli məsələlərdəndir və ABB-nin bu sahədə gördüyü işlər yüksək qiymətləndirilir.
Konfransda MDB ölkələri üçün vahid maliyyə məkanının yaradılması məsələsi də müzakirə olunacaqdır. Moskvada maliyyə mərkəzinin yaradılması da planlaşdırılır.
MDB-nin Maliyyə-Bank Şurasının Əlaqələndirmə Şurasının sədri Anatoli Kazakov demişdir ki, Azərbaycan Mərkəzi Bankı tərəfindən bankların kapitallaşdırılmasına dair tələblərin sərtləşdirilməsi ölkə bazarını MDB bankları üçün cazibədar edir. MDB-nin bank sistemi böyüməkdə davam edir, onun aktivlərinin həcmi son bir ildə 1,5 trilyon dollaradək artmışdır.
Konfransda "MDB-də maliyyə bazarlarının dayanıqlığı", "Xəzəryanı maliyyə bazarları", "MDB məkanında Azad Ticarət Zonası şəraitində bankların fəaliyyəti", "MDB-də beynəlxalq maliyyə mərkəzlərinin yaradılması, regional inkişaf maliyyə institutları", bank kapitalının hərəkəti, fondlaşma institutları, qarşılıqlı investisiya imkanları, inteqrasiya proseslərində normativ aktları və s. məsələlər üzrə məruzələr dinlənilmiş, müzakirələr aparılmışdır.
Konfrans çərçivəsində mükafatlandırma mərasimi keçirilmişdir. Azərbaycan Beynəlxalq Bankı MDB-nin Beynəlxalq Bank Şurasının "MDB-nin ən yaxşı bankı" mükafatına, idarə heyətinin sədri Cahangir Hacıyev isə "MDB-nin ən yaxşı bankiri" mükafatına layiq görülmüşlər.
MDB-nin Maliyyə-Bank Şurası və Azərbaycan Beynəlxalq Bankının (ABB) təşkilatçılığı ilə keçirilən tədbirdə MDB ölkələrinin maliyyə və bank qurumları, beynəlxalq maliyyə təşkilatları, eləcə də Azərbaycanın bank və sığorta təşkilatlarının nümayəndələri iştirak etmişlər.
Tədbirin birinci gününün yekununda mətbuat konfransı keçirilmişdir.

{nl}

AzərTAc

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında