Bakı şəhərinin şadlıq evlərində rəsmiləşdirilməmiş iş yerləri aşkar edilmişdir

Vergilər Nazirliyi sahibkarlıq subyektlərində işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş fiziki şəxslərlə Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqavilələrinin (kontraktların) bağlanması vəziyyətinin yoxlanılması məqsədilə nəzarət tədbirlərini davam etdirir.
Nazirlik tərəfindən vergidən yayınma hallarının qarşısının alınması, işçi saylarının və iş yerlərinin düzgün rəsmiləşdirilməsinin təmin olunması məqsədilə cari ilin iyul-noyabr ayları ərzində həyata keçirilmiş tədbirlər nəticəsində təxminən 53 min vergi ödəyicisində 174 min işçi ilə əmək müqaviləsinin bağlanması təmin edilmişdir. Bu tədbirlərlə paytaxt ərazisində fəaliyyət göstərən və əsasən işçi qüvvəsinin cəmləşdiyi obyektlər, o cümlədən şadlıq evləri də əhatə olunur. Bakı şəhərində fəaliyyət göstərən şadlıq evləri üzrə həyata keçirilmiş nəzarət tədbirləri nəticəsində son bir neçə ayda burada çalışan işçilərlə əmək müqavilələrinin bağlanılmasına nəzarət gücləndirilmiş, nəticədə şadlıq evlərinin faktiki işçilərinin sayı aprel ayındakı 3181 nəfərdən 8261 nəfərə qədər artmışdır.
Bununla yanaşı, bəzi şadlıq evlərinə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, hələ də əmək münasibətlərinin rəsmiləşdirilməsində qanun pozuntularına yol verilir. Son günlər həyata keçirilmiş nəzarət tədbirləri zamanı Səbail rayonu, Badamdar şosesi, 13 ünvanda yerləşən fərdi sahibkar Şəmiyev Rəhman Məhəmməd oğluna məxsus "Gəlin Qaya" şadlıq evində 15, Xətai rayonu, Babək prospekti, 2341-ci məhəllədəki "Müstəqil" firmasına məxsus "Ceyhun" şadlıq evində 8, M.Hadi küçəsi, 51 ünvanda yerləşən "Faiq-S" firmasına məxsus "Təbrik" şadlıq evində 5, Nizami rayonu, Mikayıl Əliyev küçəsi, 9 ünvanda yerləşən fərdi sahibkar Feyzullayev Mirzə İxtitar oğluna məxsus "Neolit" şadlıq evində 10, Binəqədi rayonu, Mir Cəlal küçəsi, 145 ünvanda yerləşən fərdi sahibkar Məmmədov Etibar Əli oğluna məxsus "Ceyhun" şadlıq evində 8, A.Zeynalov küçəsində yerləşən "Lalə" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus "Ağ saray" şadlıq evində 5, H.Hüseynov küçəsi, 17 ünvandakı fərdi sahibkar Xəlilov Oqtay Əhmədəli oğluna məxsus "Zirvə" şadlıq evində 10, S.Axundov küçəsi, 10 ünvanda yerləşən fərdi sahibkar Çopurova Həmaya Əli qızına məxsus "Oğuzxan" şadlıq evində 9 və Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsində yerləşən fərdi sahibkar Əliyev Vüqar Rafiq oğluna məxsus "Meqa Palace" şadlıq evində 19 nəfərlə, ümumilikdə 89 nəfər fiziki şəxslə əmək müqaviləsi bağlanılmadan işəğötürən tərəfindən fiziki şəxslərin işlərin yerinə yetirilməsinə cəlb edilməsi halları aşkar olunmuş və qanunamüvafiq qaydada rəsmiləşdirilərək müvafiq tədbirlər görülmüşdür.
Vergilər Nazirliyi şadlıq evlərində işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş bütün fiziki şəxslərlə, o cümlədən musiqiçilər, foto, video çəkilişi və digər xidmət növləri ilə məşğul olan şəxslərlə əmək müqavilələrinin bağlanılmasını tövsiyə edərək bildirir ki, bu sahədə müəyyən ediləcək pozuntular barədə qanunamüvafiq tədbirlər görüləcəkdir.
Hazırda vergi orqanları iqtisadi fəal əhali kateqoriyasına aid edilən və fərdi əmək fəaliyyəti ilə məşğul olan şəxslərin vergi uçotuna alınması istiqamətində tədbirləri davam etdirirlər. Aparılan təhlillər zamanı müəyyənləşdirilmişdir ki, bəzi xidmət növlərini fərdi qaydada həyata keçirən şəxslər (şəxsi və ya ailə sürücüləri, qulluqçular, bağbanlar, mühafizəçilər, ustalar, dayələr və s.) vergi orqanlarında uçota durmadan fəaliyyət göstərir və bununla da vergiləri dövlət büdcəsinə ödəməkdən yayınırlar. Vergilər Nazirliyinin apardığı nəzarət tədbirləri nəticəsində bu ilin 10 ayı ərzində vergi orqanlarında uçota durmadan fəaliyyət göstərən 1830 nəfər belə şəxsə qarşı 73200 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Hazırda vergi orqanları tərəfindən belə vətəndaşlara yazılı bildirişlər göndərilir, çağırışlar edilir, qanunvericiliyin tələbi və vergi orqanlarında uçota durmağın vacibliyi onlara izah olunur.
Vergilər Nazirliyi bir daha xəbərdarlıq edir ki, işçilərin əmək müqaviləsi olmadan işlərin görülməsinə cəlb edilməsi hallarının qarşısı gələcəkdə də qətiyyətlə alınacaqdır.

{nl}

Vaqif BAYRAMOV, "Xalq qəzeti"

{nl}

 

{nl}

 

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında