Bakıda Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri biznes forumu keçirilmişdir

İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Dubay Sənaye və Ticarət Palatasının təşkilatçılığı ilə noyabrın 14-də Bakıda Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri biznes forumu keçirilmişdir.
Tədbirdə rəsmi şəxslərlə yanaşı, kənd təsərrüfatı və qida, sənaye, tikinti, təhsil, aviasiya, yük daşınmaları, turizm, ticarət, metallurgiya, tullantıların idarə edilməsi, tekstil və s. sahələrdə fəaliyyət göstərən 160-dan çox iş adamı iştirak etmişdir.
İqtisadi inkişaf naziri Şahin Mustafayev Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında əməkdaşlığın qarşılıqlı dostluq və faydalı əməkdaşlıq prinsipləri üzərində qurulduğunu diqqətə çatdırmış, yüksək səviyyəli qarşılıqlı rəsmi səfərlərin, aparılan danışıqların ikitərəfli əlaqələrin genişlənməsində əhəmiyyətini vurğulamışdır. Bildirilmişdir ki, Dubay Ticarət və Sənaye Palatasının xaricdə ilk nümayəndəliklərindən birinin Bakıda açılması ikitərəfli iqtisadi əməkdaşlığın inkişafı və ticarət dövriyyəsinin artırılması baxımından əhəmiyyətlidir. Biznes forum və işgüzar görüşlərin iş adamları arasında əlaqələrin inkişafında əhəmiyyətli rolunu qeyd edən Şahin Mustafayev Birləşmiş Ərəb Əmirliklərində həyata keçirilən layihələrdə Azərbaycan şirkətlərinin iştirakı, birgə investisiya fondlarının təşkili, həmçinin turizm və sənaye parkları sahəsində əməkdaşlıq üçün geniş imkanların olduğunu diqqətə çatdırmışdır.
Nazir Şahin Mustafayev Azərbaycan iqtisadiyyatı və qazanılmış nailiyyətlər barədə məlumat vermişdir.
Ölkəsində Azərbaycanla əməkdaşlığa xüsusi önəm verildiyini vurğulayan Birləşmiş Ərəb Əmirliklərinin iqtisadiyyat nazirinin müavini Mohammed Əhməd Bin Abdul Aziz Al Şihhi ölkələrimiz arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsi üçün böyük potensialın olduğunu, keçirilən tədbirlərin bu istiqamətdə əhəmiyyətini vurğulamışdır.
Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərindəki səfiri Elxan Qəhrəmanov, Birləşmiş Ərəb Əmirliklərinin ölkəmizdəki səfiri Salem Xalifa Əl Eghfeli, Dubay Sənaye və Ticarət Palatasının sədri Abdul Rahman Saif Əl Ghurair çıxışlarında iki ölkə arasında müxtəlif sahələrdə mövcud əməkdaşlıq və əlaqələrin genişləndirilməsi perspektivləri, iş adamları arasında əlaqələr, "Gənc Sahibkarlar Şəbəkəsi"nin sədri Xaliq İldırımzadə isə rəhbərlik etdiyi təşkilatın fəaliyyəti barədə məlumat vermişlər.
AZPROMO-nun rəhbəri Rüfət Məmmədov Azərbaycanın biznes və investisiya imkanlarına, Dubay Sənaye və Ticarət Palatasının baş direktoru Hamad Buamin iki ölkə arasındakı əlaqələrə dair təqdimatlarla çıxış etmişlər.
Tədbir iş adamları arasında əməkdaşlığın genişləndirilməsi imkanlarının müzakirə olunduğu ikitərəfli görüşlərlə davam etmişdir.
AzərTAc

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında