“Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi davam etdirilmişdir

Milli Məclisin noyabrın 14-də keçirilmiş iclasında "Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsi haqqında" qanun layihəsinin və büdcə zərfinə daxil olan digər sənədlərin müzakirəsi davam etdirilmişdir.
Milli Məclisin sədri Oqtay Əsədovun sədrliyi ilə keçən müzakirələrdə 2013-cü ilin dövlət büdcəsi layihəsi ilə bağlı bir sıra təkliflər səsləndirilmişdir. Deputatlar növbəti ilin büdcə zərfində müəllimlərin, həkimlərin, büdcədən maliyyələşən təşkilatlarda çalışan 700 minə yaxın insanın əmək haqlarının qaldırılmasının və sovet dövründə banklarda qalmış əmanətlərin qalan hissəsinin də qaytarılması üçün vəsaitin ayrılmasının nəzərdə tutulmasını yüksək qiymətləndirmişlər. Deputatlar elm və təhsil sahəsində çalışan professor-müəllim heyətinin əmək haqlarının artırılması, kənd təsərrüfatının, aqrar sektorun inkişafı, yolların bərpası, səhiyyə müəssisələrinin təmiri və yenidən qurulması, tibbi sığorta sisteminin tətbiqi, rayonların qazlaşdırılması, ipoteka kreditlərinə ayrılan vəsaitin həcminin artırılması, sosial mənzillərin tikintisi, tarixi abidələrin bərpası, sərhədyanı bölgələrin inkişafı üçün xüsusi tədbirlərin görülməsi və bir sıra digər məsələlərlə bağlı təkliflərini bildirmişlər.
Qeyd edilmişdir ki, 2013-cü ilin dövlət büdcəsində sosialyönümlü xərclərin xüsusi çəkisi 25,4 faiz nəzərdə tutulmuşdur ki, bu da ölkə rəhbərliyinin sosialyönümlü siyasətə sadiq qaldığını bir daha sübut edir.
Gələn ilin dövlət büdcəsində sosial ipoteka məqsədilə ayrılan vəsaitlərin, o cümlədən elm, təhsil, səhiyyə, sosial müdafiə, sosial təminat, mədəniyyət, bədən tərbiyəsi xərclərinin artırılması təqdirəlayiq hal kimi diqqətə çatdırıldı. Çıxışlarda dövlət büdcəsinə gəlir gətirən sahələrin genişləndirilməsinin vacibliyi xüsusi vurğulanmışdır.
İş gününün sonunda Milli Məclisin sədri Oqtay Əsədov bildirdi ki, iki gündür parlamentdə 2013-cü il dövlət büdcəsi layihəsinin müzakirəsi gedir. Artıq müzakirələr başa çatmışdır. Milli Məclisin noyabrın 15-də keçiriləcək iclasında hökumət üzvlərinin qaldırılan məsələlərə dair fikirləri dinləniləcək, sonra isə büdcə zərfinə daxil olan sənədlər müzakirə ediləcəkdir.

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında