İslam İnkişaf Bankının (İİB) Müdirlər Şurasının 36-cı illik toplantısı Yəmənin paytaxtı Sənada keçiriləcəkdir

Bu barədə qərar İİB-İn Müdirlər Şurasının Bakıda keçirilən iclasında qəbul olunmuşdur
Bakıda keçirilən İslam İnkişaf Bankı (İİB) Qlobal Forumu çərçivəsində İİB Müdirlər Şurasının işçi iclası iyunun 24-də başa çatmışdır.
Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayevin sədrlik etdiyi iclasın ikinci günündə İİB-in Pakistan, Mozambik, Tacikistan, Qırğızıstan, Qətər, Banqladeş, Misir, Səudiyyə Ərəbistanı, Küveyt, Türkiyə, Mərakeş, İran, İndoneziya, Malayziya, Qvineya, Nigeriya və digər ölkələrdən olan müdirləri tədbirə ev sahibliyi edən Azərbaycana, onun xalqına və dövlətimizin başçısına qonaqpərvərliyə, bankla həmrəyliyə görə minnətdarlıqlarını bildirmiş, doktor Əhməd Məhəmməd Əliyə İİB Qrupunun prezidenti vəzifəsində bundan sonrakı fəaliyyətində uğurlar arzulamışlar.
Şura üzvləri İİB-in 35-ci illik hesabatını nəzərdən keçirmiş, təkliflərini vermişlər.
Sonra Şura üzvləri 2009-2010-cu maliyyə ili üçün İİB-in, Vəqf Fondunun, İİB-in Vahid İnvestisiya Fondunun, Avqaf Əmlak İnvestisiya Fondunun, Dünya Vəqf Fondunun audit edilmiş hesablarını təsdiq etmiş, 2009-2010-cu maliyyə ilinə olan İİB mənfəət və zərər hesabı üzrə balansın ümumi ehtiyata köçürülməsinə razılıq vermişlər.
İclasın gündəliyində olan İİB-in İcraçı Direktorlar Şurasının tərkibi və İİB-in maliyyə resursları baxımından üzv ölkələrin hüquqları, Nigeriya Federativ Respublikasının İİB-in kapitalında öz payının 8,6 faizə qədər artırmaq, 2010-cu maliyyə ili üçün texniki yardım qrant əməliyyatlarına İİB-in xalis gəlirindən 5 faiz (5 mln. ABŞ dollarından az olmamaq şərtilə) vəsaitin köçürülməsi, İİB-in 2010-cu maliyyə ilinə gözlənilən xalis gəlirindən 2 faiz (2 mln. ABŞ dollarından az olmamaq şərtilə) məbləğində vəsaitin Təqaüd Proqramına ayrılması, 2010-2011-ci illər üçün Müdirlər Şurasının sədri və onun iki müavininin seçilməsi, 36-cı illik toplantı üçün Prosedurlar Komitəsinin təyin olunması ilə bağlı təkliflər təsdiq edilmiş və müvafiq qətnamələr qəbul olunmuşdur.
Müdirlər Şurasına sədr və müavinlərin seçilməsi ilə əlaqədar qeyd edilmişdir ki, təcrübəyə uyğun olaraq, Şura növbəti ildə İllik Toplantıya ev sahibliyi edəcək ölkənin müdirini qurumun sədri seçir. İllik Toplantı Bankın baş qərargahının yerləşdiyi Ciddə şəhərində keçirildikdə sədrin seçilməsi ərəb əlifbasına uyğun ardıcıllıqla seçilir. Növbəti iclas üçün Müdirlər Şurasının sədri Yəməndən olan müdir seçilmişdir. Qvineya Bisau Respublikası və Fələstindən olan müdirlər sədrin müavinləri seçilmişlər.
İİB-in 36-cı İllik Toplantısı üçün Prosedurlar Komitəsi təyin olunmuşdur. Xatırladılmışdır ki, Prosedurlar Komitəsinin tərkibi növbəti ildə keçiriləcək Müdirlər Şurasının iclasının sədri və iki müavinindən, cari ildə keçirilən İllik Toplantının sədri və iki müavinindən, İllik Toplantının növbəti ildən sonrakı ildə keçiriləcək ölkənin müdirindən ibarət olmalıdır. Beləliklə, Azərbaycan, Yəmən, Qvineya Bisau, Fələstin, Oman, Qvineya və Sudandan olan müdirlər Prosedurlar Komitəsinin tərkibinə seçilmişlər.
Qərara alınmışdır ki, Müdirlər Şurasının 36-cı İllik Toplantısı 2011-ci il mayın 31-dən iyunun 1-dək Sənada (Yəmən Respublikası) keçirilsin. Qurumun 39-cu İllik Toplantısının Tacikistanda keçirilməsi ilə bağlı bu ölkənin təklifi də qəbul edilmişdir.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında