Azərbaycanın maliyyə-bank sisteminin inkişafı yüksək qiymətləndirilmişdir

Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov Qətər Dövlətinin maliyyə və iqtisadiyyat naziri Yusif Hüseyn Kamalın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Mərkəzi Bankın mətbuat xidmətindən bildirmişlər ki, görüşdə Qətər nümayəndə heyətinin rəhbəri ölkəmizin maliyyə-bank sisteminin inkişafını yüksək qiymətləndirmişdir. Bildirmişdir ki, dünyada baş vermiş iqtisadi böhranın Azərbaycan iqtisadiyyatına az təsir etməsi aparılan iqtisadi islahatların uğurunu və ölkənin güclü maliyyə-iqtisadi potensiala malik olmasını göstərir.
Elman Rüstəmov Azərbaycan ilə Qətər Dövləti arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini bildirərək bu əlaqələrin bundan sonra da genişlənəcəyinə əmin olduğunu vurğulamışdır.
Görüşdə həmçinin ölkələrimiz arasında qarşılıqlı iqtisadi əməkdaşlığın, o cümlədən hər iki dövlətin bank sektorlarının əlaqələrinin gələcək inkişaf perspektivləri də müzakirə edilmişdir.
AzərTAc{nl}

 

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında