Bakıda ticarətin maliyyələşdirilməsi üzrə Beynəlxalq İslam Korporasiyası Baş Assambleyasının 5-ci iclası keçirilmişdir

İyunun 24-də İslam İnkişaf Bankının (İİB) İslam maliyyəçiliyinə dair 5-ci Qlobal Forumu çərçivəsində ticarətin maliyyələşdirilməsi üzrə Beynəlxalq İslam Korporasiyası Baş Assambleyasının 5-ci iclası keçirilmişdir.
İclasda 2009-cu maliyyə ili üçün Korporasiyanın illik hesabatı müzakirə olunmuş, audit edilmiş maliyyə hesabatları təsdiqlənmiş, 2009-cu maliyyə ilinə olan mənfəət və zərər hesabı üzrə balansın ümumi ehtiyata keçirilməsinə razılıq verilmiş Price Waterhouse Coopers Al Juraid 2011-ci maliyyə ilinə Korporasiyanın xarici auditoru təyin edilmiş, Küveyt dövlətinin Korporasiyanın səhm kapitalında payı 40 milyon ABŞ dolları artırılmışdır.
Korporasiyanın Direktorlar Şurasına üzvlər, 6-cı illik toplantı üçün İran İslam Respublikasının nümayəndəsi isə sədrin müavini seçilmişlər.
Baş Assambleyanın 6-cı görüşü 2011-ci il 31 may - 1 iyunda İslam İnkişaf Bankının Müdirlər Şurasının 36-cı illik toplantısı ilə bərabər Yəmən Respublikasının Səna şəhərində keçiriləcəkdir.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında