ARDNF TANAP layihəsini maliyyələşdirəcəkdir

Gələn il Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) Trans-Anadolu qaz kəmərinin (TANAP) və Bakı şəhərinin Qaradağ rayonunda neft-kimya kompleksinin tikintisini maliyyələşdirəcəkdir.
Bu sözləri Milli Məclisin komitələrinin noyabrın 6-da keçirilmiş birgə iclasında "Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsi haqqında" qanun layihəsi və büdcə zərfinə daxil olan digər sənədlərin müzakirəsində ARDNF-in icraçı direktoru Şahmar Mövsümov demişdir.
Ş. Mövsümov bildirmişdir ki, 2013-cü ildə ARDNF qaçqınların və məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılmasına 300, Samur-Abşeron su kanalının tikintisinin başa çatdırılmasına 27, Bakı-Tbilisi-Qars dəmir yolunun çəkilişinə 138, Azərbaycan gənclərinin xaricdə təhsil almaları üçün isə 34 milyon manat maliyyə vəsaiti ayıracaqdır.
ARDNF 2013-cü ildə investisiya layihələrini maliyyələşdirmək üçün 2 milyard 149 milyon manat maliyyə vəsaiti ayıracaqdır.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında